Məhkəmə qərarları › İş №8(021)-508/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-508/2023

04.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-508/2023 04.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi, Borclu iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli 2(104)-1606/2023 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimat verərək, Gəncə Apellyasiya məhkəməsinin 24 iyun 2023-cü il tarixli 2(104)-1606/2023 saylı icra sənədi üzrə borclu xx.xx.1988-ci il təvəllüdlü Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli 2(104)-1606/2023 saylı icra sənədinə əsasən Borclu 3551 manat tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmiş, lakin borclu tərəfindən tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Borclu xarici ölkəyə getmək ehtimalı olduğundan onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu bildirdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-276/2023 saylı 23 avqust 2023-cü il tarixli qərardadından şikayət verəcəkdir. Buna görə də məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etdi. Təqdimata baxılmasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərəflərə məlumat verilmiş, lakin borclu və icra məmuru məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Təqdimata əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli 2(104)-1606/2023 saylı icra sənədindən görünür ki, İddiaçı Tələbkar cavabdeh Borclu qarşı əmlak və birgə nikah dövründə əldə edilmiş kreditin bölünməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli e-2(021)-276/2023 nömrəli qətnaməsindən iddiaçı Tələbkar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İş üzrə Bərdə Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli e-2(021)- 276/2023 nömrəli qətnaməsi iddianın təmin olunmayan birgə nikah dövründə götürülmüş kredit hissəsi üzrə ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla, həmin hissə üzrə iddia qismən təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Tələbkar arasında bağlanmış xx.xx.2020-ci il tarixli №GTKR276586A186 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 7.102,35 (yeddi min yüz iki manat otuz beş qəpik) manat borcun yarısı 3551,17 (üç min beş yüz əlli bir manat on yeddi qəpik) manat cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar verilməsi,qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Borclu borcun könüllü icrası üçün müddət verilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, Borclu tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, Bərdə rayon məhkəməsinin 2(021)-276/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdeh Borclu 17 mart 2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, Bərdə rayon Məhkəməsinin 2(021)-276/2023 saylı, 27 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış, , Borclu ərizə verərək Bərdə Rayon Məhkəməsinin 2(021)-276/2023 saylı 27 mart 2023-cü il tarixli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin aidiyyatı üzrə göndərilməsini xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-276/2023 saylı 07 aprel 2023-cü il tarixli qərardadı ilə ərizə geri qaytarılmış, daha sonra prosessual müddətin bərpası barədə ərizə vermiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-276/2023 saylı 23 avqust 2023-cü il tarixli qərardadına əsasən Borclu Bərdə Rayon Məhkəməsinin 2(021)-276/2023 saylı 07 aprel 2023-cü il tarixli qərardadından şikayətin verilməsi üçün prosessual müddətin bərpa edilməsindən imtina edilməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, hazırda Borclu Bərdə Rayon Məhkəməsinin 2(021)- 276/2023 saylı 23 avqust 2023-cü il tarixli qərardadından şikayət vermə müddəti ötürülməmişdir və həmin qərardaddan şikayət vermə ehtimalı vardır. Buna görə də məhkəmə hesab edir ki, Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Gəncə Apellyasiya məhkəməsinin 24 iyun 2023-cü il tarixli 2(104)-1606/2023 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə Apellyasiya məhkəməsinin 24 iyun 2023-cü il tarixli 2(104)-1606/2023 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar