Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-513/2023 07.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X4 iclas kаtibliyi, Borclu iştirakı ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(013)-193/2016 nömrəli icra vərəqəsi üzrə tələbin əmlaka yönəldilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Ağdam rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(013)- 193/2016 nömrəli icra sənədi üzrə Borclu məxsus olan “VAZ 2106” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdam rayon Məhkəməsinin 2(13)-193/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu 16277,75 ABŞ Dolları məbləğində pul vəsaiti və dövlət rüsumu müştərək qaydada tutularaq tələbkar "xxxx" ASCnin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə Bərdə rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. Belə ki, “Elektron İcra” İnformasiya Sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən edilmişdir ki, Borclu məxsus olan “VAZ 2106” minik markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında Borclu ifadəsində mülkiyyətində iki maşının olduğunu və hər ikisinin də üzərinə həbs qoyulduğunu bildirmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Borclu xx.xx.1969-cu ildə Bərdə şəhərində anadan olmuşdur. Ağdam rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(13)-193/2016 nömrəli icra vərəqindən görünür ki, cavabdehlər X5, Borclu və X6 14928,93 ABŞ Dolları əsas kredit borcu, 1328,82 ABŞ Dolları faiz borcu, kreditin vaxtında ödənilməyinə görə 20 ABŞ Dolları cərimə borcu, cəmi 16277,75 (on altı min iki yüz yetmiş yeddi dollar yetmiş beş sent) ABŞ Dolları vəsaiti, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə verilməlidir. Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərarından və bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borcluya tələbin könüllü icra olunması üçün 10 gün müddət verilmişdir. Borclu barəsində sorğu edilmiş Elektron İcra Sistemindən çıxarışda görünür ki, Borclu məxsus “VAZ 2106” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı; “FORD FOCUS” minik markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı iki avtomobili olduğu müəyyən edilmişdir. Məhkəmə Borclu borcunun məbləğini və mülkiyyətində olan “VAZ 2106” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiymətinin qətnamənin icrasını təmin edə biləcəyini nəzərə alaraq hesab edir ki, “VAZ 2106” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1 və 43.1.1-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Ağdam rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(13)-193/2016 nömrəli icra sənədi üzrə tələb borc məbləği həddində Borclu adına qeydə alınmış, “VAZ 2106” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin və həmin avtomobilin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-513/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-513/2023
07.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver