Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-520/2023 12.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X15 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının müzakirəsinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(021)-1588/2022 saylı icra vərəqəsinə əsasən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Borclu, X8 və X11 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 015R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Borclu, X6 və X9 müştərək qaydada 4682,12 (dörd min altı yüz səksən iki manat on iki qəpik) manat məbləğində kredit borcu, 19,82 (on doqquz manat səksən iki qəpik) manat məbləğində faiz borcu və 25,48 (iyirmi beş manat qırx səkkiz qəpik) manat məbləğində cərimə borcu, cəmi 4727,42 (dörd min yeddi yüz iyirmi yeddi manat qırx iki qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 83,28 (səksən üç manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, cavabdehlər X1, X3 və X5 müştərək qaydada 3702,56 (üç min yeddi yüz iki manat əlli altı qəpik) manat məbləğində kredit borcu, 31,05 (otuz bir manat beş qəpik) manat məbləğində faiz borcu və 85,86 (səksən beş manat səksən altı qəpik) manat məbləğində cərimə borcu, cəmi 3819,47 (üç min səkkiz yüz on doqquz manat qırx yeddi qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 72,19 (yetmiş iki manat on doqquz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəməyə təqdimatla müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş 30 iyun 2022-ci il tarixli, 2(021)-1588/2022 nömrəli icra sənədinə əsasən xx.xx.1973-cü il tarixində anadan olmuş və Bərdə rayonu Hacallı kəndində qeydiyyatda olan və yaşayan Borclu 8618 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bərdə Rayon İcra və Probasiya Şöbəsinə, tələbkar "xxxx" QSC-nə və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 231.2-ci maddəsinə əsasən Bərdə Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin, tələbkar "xxxx" QSC-nin nümayəndəsinin və Borclu iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 30 iyun 2023-cü il tarixli, 2(021)-1588/2022 saylı icra vərəqəsindən görünür ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Borclu, X8 və X11 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 015R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Borclu, X6 və X9 müştərək qaydada 4682,12 (dörd min altı yüz səksən iki manat on iki qəpik) manat məbləğində kredit borcu, 19,82 (on doqquz manat səksən iki qəpik) manat məbləğində faiz borcu və 25,48 (iyirmi beş manat qırx səkkiz qəpik) manat məbləğində cərimə borcu, cəmi 4727,42 (dörd min yeddi yüz iyirmi yeddi manat qırx iki qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 83,28 (səksən üç manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, cavabdehlər X1, X3 və X5 müştərək qaydada 3702,56 (üç min yeddi yüz iki manat əlli altı qəpik) manat məbləğində kredit borcu, 31,05 (otuz bir manat beş qəpik) manat məbləğində faiz borcu və 85,86 (səksən beş manat səksən altı qəpik) manat məbləğində cərimə borcu, cəmi 3819,47 (üç min səkkiz yüz on doqquz manat qırx yeddi qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 72,19 (yetmiş iki manat on doqquz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 “İcraata başlamaq haqqında” 10 avqust 2022-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılması, Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etməsinin təklif olunması, icra könüllü təmin edilmədiyi təqdirdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. 10 avqust 2022-ci il tarixli 179909/2022-43-10-004 nömrəli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadıqda qanunauyğun qaydada barəsində məcburi icra tədbirləri tətbiq olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu Bərdə Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(021)-1588/2022 saylı icra sənədini hazırkı vaxta kimi icra etməmiş, 4727,42 manat məbləğində borcunu tam şəkildə ödəməmişdir. MPM-nin 231.3-cü maddəsinə görə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilir ki, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(021)- 1588/2022 nömrəli icra sənədi üzrə tutulmalı olan borc Borclu tərəfindən ödənilmədiyindən və onun ölkəni tərk etmək ehtimalı olduğundan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1973-cü il tarixində Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu Hacallı kəndində qeydiyyatda olan və yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququ Bərdə Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(021)-1588/2022 nömrəli icra sənədi icra edilənədək məhdudlaşdırılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №8(021)-520/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-520/2023
12.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver