Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-521/2022 14.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi, Tələbkar iştirakı ilə, Tələbkar Bərdə Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 2(021)-5109/2016 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv olunması və Bərdə Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 2(021)-5109/2016 saylı icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 2(021)-5109/2016 nömrəli İcra sənədinə əsasən borclu X5 5030 manat pul alınaraq tələbkar X2 ödənilməlidir. Bərdə Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 2(021)- 5109/2016 nömrəli icra sənədi Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru Sahil İsbəndiyarovun icraatında olmuş, X6 vəfat etdiyinə görə, Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən xx.xx.2020-ci il tarixdə qərar qəbul edilərək, 08 noyabr 2016-cı il tarixli, 2(021)-5109/2016 nömrəli icra sənədinə xitam verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinə miras əmlakın qəbul etmə faktının müəyyən edilməsi ilə bağlı müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(051)- 777/2021 saylı qətnaməsinə əsasən ərizəsi təmin edilmişdir. X3 "Asan Xidmət" mərkəzində notariat ofisində vərəsəliklə bağlı iş vardır. Odur ki, ərizənin təmin olunmasını, Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv olunması və Bərdə Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 2(021)-5109/2016 saylı icra sənədinin yenidən icraya yönəldilməsini xahiş edir. Tələbkar məhkəmə iclasında ərizəsinin təmin olunmasını xahiş etdi. Ərizəyə baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində borcluya və Bərdə rayon İcra və Probasiya Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 2(021)-5109/2016 saylı qətnaməsindən görünür ki, cavabdeh X5 5000 manat və iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 manat alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, icra sənədi üzrə tələbkar X6 öldüyünə görə icra sənədinə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.3-cü və 20.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(051)-777/2021 saylı qətnaməsindən görünür ki, ərizəçi Tələbkar ərizəsi təmin olunaraq, Tələbkar mirasın qəbul etmə faktı müəyyən olunması qət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininn 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə, icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Məhkəmə hesab edir ki, Tələbkar ərizəsi təmin edilməli, Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv olunmalı, Bərdə Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 2(021)-5109/2016 saylı icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar ərizəsi təmin edilsin. Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv olunsun. Bərdə Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 2(021)-5109/2016 saylı icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(021)-521/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-521/2022
14.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver