Məhkəmə qərarları › İş №8(021)-522/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-522/2022

22.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-522/2022 22.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədirliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, Tələbkar Bərdə Rayon Məhkəməsinin 2(021)-2723 saylı, 24 iyul 2019-cu il tarixli icra sənədinin yenidən icraya yönəldilməsinə dair ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon Məhkəməsinin 2(021)-2723 saylı, 24 iyul 2019-cu il tarixli icra sənədinə əsasən borclu X1 600 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar verilməsi qət edilmişdir. Tələbkar məhkəməyə ərizə verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-2723 saylı, 24 iyul 2019-cu il tarixli icra sənədinin yenidən icra yöndəlilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2723 saylı, 24 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh X1 600 manat məbləğində pul vəsaiti tutularaq ona verilməsi qət edilmişdir. Qeyd edilən icra sənədi icra olunması üçün Bərdə Rayon İcra və probasiya Şöbəsinə göndərilmiş, lakin icra sənədinin icrasının mümkün olmaması kimi icra sənədi Bərdə Rayon Məhkəməsinə qaytarılmışdır. İcra sənədi qərəzli olaraq icra edilməmişdir, odur ki, yenidən icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə iclasın vaxtı və yeri barədə tələbkara, borcluya və Bərdə rayonu İcra və probasiya Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə borclu, tələbkar və Bərdə rayonu İcra və probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)- 2723 saylı, 24 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən borclu X1 600 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar verilməsi qət edilmişdir. İcra sənədi icraya yöndəlilmişdir. Məhkəmə hesab edir ki, Tələbkar Bərdə Rayon Məhkəməsinin 2(021)-2723 saylı, 24 iyul 2019-cu il tarixli qətnaməsi üzrə icra sənədi üzrə icra məmurunun 12 oktyabr 2019-cu il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərar qəbul edilmiş və həmin qərarı ərizəçi mübahisələndirməmiş, birbaşa olaraq icra işi üzrə icraatın təzələnməsini xahiş etdiyindən ərizə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutuaraq məhkəmə QƏRARAALDİ: Tələbkar Bərdə Rayon Məhkəməsinin 2(021)-2723 saylı, 24 iyul 2019-cu il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar