Məhkəmə qərarları › İş №8(021)-523/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-523/2022

22.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-523/2022 22.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədirliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi ilə , Tələbkar “Rabitəbank“ ASC-nin “İcra sənədinin yenidən icraya yönəldilməsi” barədə ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon Məhkəməsinin 2(021)-523/2016 saylı 11 yanvar 2016-cı il tarixli icra sənədinə əsasən borclu X1 499.8 manat əsas kredit borcu, 184,26 manat faiz borcu və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar “Rabitəbank“ ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Tələbkar “Rabitəbank“ ASC məhkəməyə ərizə ilə müraciət edərək Bərdə Rayon Məhkəməsinin 2(021)-1684/2020 saylı 03 iyun 2020 il tarixli icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Tələbkar “YeloBank“ ASC ərizəni onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-523/2016 saylı 11 yanvar 2016-cı il tarixli icra sənədinə əsasən X1 499.8 manat əsas kredit borcu, 184,26 manat faiz borcu və 20 manat dövlət rüsumu alınaraq tələbkar “Rabitəbank“ ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. “Rabitəbank“ ASC Bərdə Rayon İcra və probasiya Şöbəsinə müraciət edərək, icraatın gedişatı barədə məlumat verilməsini xahiş etmiş, lakin icra işinin icrada olmadığı məlumat verilmişdir. Məhkəmə iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)- 523/2016 saylı 11 yanvar 2016-cı il tarixli icra sənədinə əsasən borclu X1 499.8 manat əsas kredit borcu, 184,26 manat faiz borcu və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar “Rabitəbank“ ASC-nin xeyrinə ödənilməsi qərara alınmış, icra sənədi icra edilməsi üçün Bərdə rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. “Rabitəbank“ ASC Bərdə Rayon İcra və probasiya Şöbəsinə müraciət edərək, icraatın gedişatı barədə məlumat verilməsini xahiş etmiş, lakin icra işinin icrada olmadığı barədə məlumat verilmişdir. Məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-523/2016 saylı 11 yanvar 2016-cı il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutuaraq məhkəmə QƏRARAALDİ: Tələbkar “Rabitəbank“ ASC-nin “İcra sənədinin yenidən icraya yönəldilməsi” barədə ərizəsi təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-523/2016 saylı 11 yanvar 2016-cı il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar