Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-524/2023 29.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 iclas kаtibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2107/2022 nömrəli icra vərəqəsi üzrə tələbin əmlaka yönəldilməsinə dair Bərdə rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 8(021)- 524/2023 nömrəli qərardadına düzəliş edilməsi məsələsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsini rəhbər tutaraq icra sənədi üzrə Borclu məxsus olan əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2107/2022 nömrəli icra sənədinə əsasən Borclu 3992 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar “X8 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bərdə rayon İcra və probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə edilmiş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus “VAZ 21013” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bərdə Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 8(021)-524/2023 nömrəli qərardadı ilə təqdimat təmin edilməsi, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2107/2022 nömrəli icra sənədi üzrə tələb borc məbləği həddində Borclu adına qeydə alınmış, “VAZ 2106” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 8(021)-524/2023 nömrəli qərardadı ilə əlaqədar araşdırma aparılarkən müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 8(021)-524/2023 nömrəli qərardadının qərara aldı hissəsində ““VAZ 2106” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun“ qeyd edilmişdir. Yəni qərardadın qərara aldı hissəsində ““VAZ 2106” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun“ qeyd edilməklə yanlışlığa yol verilmişdir. Məhkəmə tərəfindən qərardaddakı yanlışlıq müəyyən edildikdən sonra qərardadda olan yanlışlığın düzəldilməsi məqsədilə məhkəmə iclası təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin (bundan sonra MPM) 228.2-ci mаddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, qərardadda olan həmin yanlışlıq düzəldilməli, qərardadın qərara aldı hissəsində “VAZ 2106” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun" sözləri “Vaz 21013” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun kimi oxunmalıdır. MPM-in 228.3-cü maddəsinə əsasən düzəlişlər etmək barəsində məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 228, 263, 264, 267, 268 və 269-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDİ: Bərdə Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 8(021)-524/2023 nömrəli qərardadındakı yanlışlıq düzəldilsin. Bərdə Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 8(021)-524/2023 nömrəli qərardadın qərara aldı hissəsində “VAZ 2106” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun" sözləri “Vaz 21013” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun kimi oxunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov.
Məhkəmə qərarları › İş №8(021)-524/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-524/2023
29.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver