Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-525/2022 05.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlu, Tələbkar Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi Filialının müdiri vəzifəsini müvəqqəti icra edən X1 rayon məhkəməsinin 01 fevral 2017-ci il tarixli, 2(021)-1478/2017 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə m ü ə y y ə n e t d i: Tələbkar Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi Filialının müdiri vəzifəsini müvəqqəti icra edən İlkin Cahangirov ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayon məhkəməsinin 01 fevral 2017-ci il tarixli, 2(021)-1478/2017 saylı icra sənədinin yenidən Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizə onunla əsaslandırmışdır ki, sözügedən icra sənədinin icrası Bərdə Belə ki, ərizə onunla əsaslandırılmışdır ki, sözügedən icra sənədinin icrası ilə əlaqədar Bərdə rayon İcra və Probasiya Şöbəsinə müraciət edilmiş, lakin İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədinin icrada olmadığı bildirilmişdir. Buna görə də, icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün Bərdə rayon məhkəməsinin 01 fevral 2017-ci il tarixli, 2(021)-1478/2017 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, ərizəyə icra sənədinin geri qaytarılması barədə qərar əlavə edilməmişdir. Əgər icra sənədi geri qaytarılmışdırsa, ərizənin xahiş etdi hissəsində də, həmin icra sənədinin geri qaytarılması barədə qərarın ləğv olunması xahiş edilməlidir. İcra sənədinin məhkəməyə geri qaytarılması barədə qəbul olunmuş qərar ləğv olunmadan onun yenidən icraya yönəldilməsi barədə xahiş düzgün olmayan xahişdir və qanunvericiliklə mümkün deyil. Hazırkı vəziyyətdə isə icra sənədinin geri qaytarılıb-qaytarılmaması məhkəməyə məlum deyildir. Odur ki, ərizə düzgün formada tərtib olunmamışdır. Belə olan halda məhkəmə ərizənin geri qaytarılması qənaətinə gəlir. Həmçinin, İlkin Cahangirovun hazırki ərizə ilə cəmiyyətin adından məhkəməyə müraciət etmək səlahiyyətinin olması iş materialları ilə müəyyən edilmir. Belə ki, ərizə ilə müraciət edən şəxsin səlahiyyətlərinin müəyyən edilməsi üçün Cəmiyyətin nizamnaməsi, onun filialının əsasnaməsi, hüquqi şəxs tərəfindən filial rəhbərinə verilən etibarnamə və həmin şəxsin əsas iş yeri barədə sənəd ərizəyə əlavə edilməli idi. Lakin, göstərilən sənədlər ərizəyə əlavə edilməmişdir. Bu hal isə İlkin Cahangirovun Tələbkar Açıq Səhmdar Cəmiyyətinin adından ərizəni imzalamaq səlahiyyətinin olmadığını ehtiva edir. Belə ki, Mülki Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. MPM-in 152.1.2-ci madddəsinə əsasən ərizə imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, Tələbkar Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi Filialının müdiri vəzifəsini müvəqqəti icra edən X1 rayon məhkəməsinin 01 fevral 2017-ci il tarixli, 2(021)-1478/2017 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. q ə r a r a a l d ı: Tələbkar Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi Filialının müdiri vəzifəsini müvəqqəti icra edən X2 rayon məhkəməsinin 01 fevral 2017-ci il tarixli, 2(021)-1478/2017 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən sonra 10 gün müddətində Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-525/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-525/2022
05.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver