Məhkəmə qərarları › İş №8(021)-527/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-527/2024

10.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-527/2024 10.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Abdullayev Fərman Firidun oğlunun sədirliyi, Məhkəmə iclas katibi Paşayev Ruhin Azər oğlunun katibliyi ilə, X1 “icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilməsi” barədə ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon Məhkəməsinin 2(021)-941/2020 saylı, 01 iyun 2020-ci il tarixli icra sənədi ilə borclu X3 1340 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq X6 ödənilməsinə dair iddia tələbinin təmin edilməsi qərara alınmışdır. X2 məhkəməyə ərizə ilə müraciət edərək Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X4 Bərdə Rayon Məhkəməsinin 2(021)-941/2020 saylı, 01 iyun 2020-ci il tarixli və Bərdə Rayon Məhkəməsinin 8(021)-353/2023 saylı, 04 iyul 2023-cü il tarixli qərardadının icrasının təmin edilməsində hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 məhkəməyə ərizə göndərərək, ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasın vaxtı və yeri barədə digər tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eyni zamanda Azərbaycan Respublikasının Ali Məhkəməsinin 31 mart 2011-cil tarixli 3 nömrəli qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 “icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilməsi” barədə ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar