Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-531/2024 24.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 Bərdə rayon Məhkəməsinin 8(021)-23/2024 saylı 29 yanvar 2024-cü il tarixli qərardadına əsasən borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 təqdimatla məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin 8(021)-23/2024 saylı 29 yanvar 2024-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan VAZ 21074 minik markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)- 426/2023 saylı 04 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən Borclu mülkiyyətində olan VAZ 21074 minik markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş üzrə tələbkar ərizə ilə müraciət edərək, borcun tam ödənildiyini qeyd etmiş, işin icraatına xitam verilməsini xahiş etmişdir. Belə olan halda məcburi icra tədbirlərinə ehtiyac olmadığına görə üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə tərəflərə bildiriş göndərilməsinə baxmayaraq, tələbkar,borclular və icra məmuru məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə olunmuş Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-426/2023 saylı 04 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixli "xxxx" ASC ilə cavabdeh Abdullayev Şücaǝddin Araz oğlu arasında bağlanmış kredit limitinin ayrılmasına dair müqavilə ləğv edilməsi, cavabdehlər X3, X1, Borclu və müştərək qaydada 12993,06 (on iki min doqquz yüz doxsan üç manat altı qəpik) manat əsas borc, 1379,3 (bir min üç yüz yetmiş doqquz manat otuz qəpik) manat faiz borcu, 14,61 (on dörd manat altmış bir qəpik) manat cərimə olmaqla, ümumilikdə cəmi 14386,97(on dörd min üç yüz səksən altı manat doxsan yeddi qəpik) manat borc və 200(iki yüz) manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, cavabdehler X3, X2, Borclu müştərək qaydada 133,16 (bir yüz otuz üç manat on altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə 150(bir yüz əlli) manat ekspertiza xərci cavabdehlər Abdullayev Şücaǝddin Araz oğlundan, X1, Borclu müştərək qaydada tutularaq "Məhkəmə Ekspertizası Mərkəzi", X4. büdcə təsnifat kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilməsi qərara alınmışdır. Təqdimata əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 8(021)-23/2024 saylı 29 yanvar 2024-cü il tarixli qərardadından görünür ki, təqdimat təmin olunmuş, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-426/2023 saylı 04 sentyabr 2023-cü il tarixli icra sənədi borc məbləği Borclu adına qeydə alınmış VAZ 21074 minik markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilərək həmin avtomobilin üzərinə həbs qoyulması, götürülərək cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. Təqdimata əlavə olunmuş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, borc tam ödənildiyinı görə Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-426/2023 saylı 04 sentyabr 2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Sadalanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bərdə rayon Məhkəməsinin 8(021)-23/2024 saylı 29 yanvar 2024-cü il tarixli qərardadı ləğv olunaraq Borclu mülkiyyətində olan VAZ 21074 minik markalı **-BM-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: 1.Təqdimat təmin edilsin. 2.Bərdə rayon Məhkəməsinin 8(021)-23/2024 saylı 29 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilsin. 3.Bərdə rayon Məhkəməsinin 8(021)-23/2024 saylı 29 yanvar 2024-cü il tarixli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-426/2023 saylı 04 sentyabr 2023-cü il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan VAZ 21074 minik markalı, **- BM-*** saylı dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. 4.Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №8(021)-531/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-531/2024
24.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver