Məhkəmə qərarları › İş №8(021)-536/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-536/2024

26.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-536/2024 26.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim X1, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Borclu iştirakı ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(104)-3124/2021 saylı icra sənədi əsasında açılmış icra işi üzrə borclunun əmlakı üzərindən həbsin götürülməsi barədə təqdimatına Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəməyə təqdimatla müraciət edərək, Borclu mülkiyyətində olan “Chevrolet Cruze” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatını onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(104)- 3124/2021 saylı icra sənədinə əsasən Borclu 3666,66 manat pul alınaraq 27 yanvar 2019cu il təvəllüdlü X6 qanuni nümayəndəsi X7 xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Bərdə Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 8(021)- 411/2022 nömrəli qərardadı ilə Borclu mülkiyyətində olan “Chevrolet Cruze” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələbin təmin edilməsi məqsədilə borclunun pensiyasından tələbkarın xeyrinə tutulmalar aparılır. Borclunun xx.xx.2024-cü il tarixə 1657 manat qalıq borcu yaranmışdır və qalıq borcun tutulması üçün borclunun pensiyasına yönəltmə olunmuşdur. Borclunun əmlakına həbs qoyularkən icra sənədi üzrə tələbə uyğun həcmdə həbs qoyulur. Borclu tərəfindən ümumilikdə 2009 manat tələbkarın xeyrinə ödənilmişdir. İcra sənədi üzrə qalıq borc üzərinə həbs qoyulmuş əmlakın dəyərindən əsaslı dərəcədə azdır. Belə olan halda məcburi icra tədbirlərinə ehtiyac olmadığına görə üzərinə həbs qoyulmuş həmin avtomobilin üzərindən həbsin götürülməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Borclu göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2021ci il tarixli, 2(104)-3124/2021 saylı icra sənədi üzrə borclu olduğu məbləği hissə-hissə ödəyir, Bərdə Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 8(021)-411/2022 saylı qərardadı ilə həbs qoyulmuş mülkiyyətində olan “Chevrolet Cruze” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinə və tələbkar X10 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilsə də, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi və tələbkar X12 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə təqdimata Bərdə Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin və tələbkar X7 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(104)-3124/2021 saylı icra vərəqəsindən görünür ki, 18 oktyabr 2020-ci il tarixdə hərbi partlayış nəticəsində şəhid olmuş X8 ölümü ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən atası Borclu verilmiş 11000 manat sığorta ödənişindən, 27 yanvar 2019cu il təvəllüdlü X11 çatsı 1/3 hissə, yəni 3666,66 manatın Borclu alınaraq 27 yanvar 2019cu il təvəllüdlü X6 qanuni nümayəndəsi X10 verilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 8(021)-411/2022 saylı qərardadından görünür ki, təqdimat təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3124/2021 saylı 15 noyabr 2021-ci il tarixli icra sənədi üzrə Borclu məxsus olan “Chevrolet Cruze” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və həmin avtomobilin cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(104)-3124/2021 saylı icra sənədinə əsasən Borclu 3666,66 manat məbləğində pulun alınaraq 27 yanvar 2019-cu il təvəllüdlü X6 qanuni nümayəndəsi X7 xeyrinə verilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq, Bərdə Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 8(021)-411/2022 nömrəli qərardadı ilə Borclu mülkiyyətində olan “Chevrolet Cruze” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu tələbkar X10 olan borcunu qismən ödəmiş, icra sənədi üzrə qalan borcunu isə tam ödəməmişdir. Məhkəmə hesab edir ki, icra sənədi tam icra edilmədiyindən təqdimat rədd edilməli, Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(104)-3124/2021 saylı icra sənədinin icrası ilə əlaqədar olaraq üzərinə həbs qoyulmuş, Borclu mülkiyyətində olan “Chevrolet Cruze” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbs götürülməməlidir. Azərbaycan Respublikasının MPM-nin 363, 364, 367 və 368-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(104)-3124/2021 saylı icra sənədi üzrə Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar