Məhkəmə qərarları › İş №8(021)-539/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-539/2024

24.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-539/2024 24.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi,Tağıyev Babək Vaqif oğlunun katibliyi , Borclu iştirakı ilə, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə rayon Məhkəməsinin 8(021)-216/2024 saylı 23 may 2024-cü il tarixli qərardadına əsasən borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin 8(021)-216/2024 saylı 23 may 2024-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Toyota Prius minik markalı **-UR-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasıl Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya ******* saylı 13 fevral 2024-cü il tarixli icra sənədinə əsasən Borclu Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsində nızərdə tutuılmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Bərdə rayon Məhkəməsinin 8(021)-216/2024 saylı 23 may 2024-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Toyota Prius minik markalı **-UR-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bərdə rayon Məhkəməsinin 3(021)-814/2024 saylı 15 avqust 2024-cü il tarixli qərarına əsasən borclu barəsində 160 saat ictimai işlər cəzası tətbiq edilmişdir. Belə olan halda məcburi icra tədbirlərinə ehtiyac olmadığına görə üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə tərəflərə bildiriş göndərilməsinə baxmayaraq iş üzrə yalnız borclu məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə təqdimata digər şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Borclu təqdimatın təmin olunması ilə bağlı izahat vermiş, tələbkarla qarşlılıqlı razılığa gəldiyini bildirirək avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə olunmuş Azərbaycan Respublikasıl Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya ******* saylı 13 aprel 2024-cü il tarixli icra sənədinə əsasən Borclu Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsində nızərdə tutuılmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Bərdə rayon Məhkəməsinin 8(021)-216/2024 saylı 23 may 2024-cü il tarixli qərardadından görünür ki, təqdimat təmin olunmuş, Azərbaycan Respublikasıl Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya ******* saylı 13 aprel 2024-cü il tarixli icra sənədiniin icrasını təmin etmək üçün Borclu mülkiyyətində olan Toyota Prius minik markalı **-UR-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimata əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 3(021)-814/2024 saylı 15 avqust 2024-cü il tarixli qərarına əsasən borclu barəsində 160 saat ictimai işlər cəzası tətbiq edilmişdir. Sadalanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bərdə rayon Məhkəməsinin 8(021)-216/2024 saylı 23 may 2024-cü il tarixli qərardadı ləğv olunaraq Borclu mülkiyyətində olan Toyota Prius minik markalı **-UR-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: 1.Təqdimat təmin edilsin. 2.Bərdə rayon Məhkəməsinin 8(021)-216/2024 saylı 23 may 2024-cü il tarixli qərardadı ləğv edilsin. 3.Bərdə rayon Məhkəməsinin 8(021)-216/2024 saylı 23 may 2024-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan Toyota Prius minik markalı **-UR-*** saylı dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. 4.Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar