Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-540/2024 24.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi , Borclu iştirakı ilə, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə rayon Məhkəməsinin 8(021)-143/2024 saylı, 18 aprel 2024-cü il tarixli qərardadına əsasən borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin 8(021)-143/2024 saylı 18 aprel 2024-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Toyota Prius minik markalı **-UR-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasıl Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya ******* saylı 18 aprel 2024-cü il tarixli icra sənədinə əsasən Borclu Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nızərdə tutuılmuş inzibati xətanı törətdiyinə görə barəsində 3500 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Bərdə rayon Məhkəməsinin 8(021)-143/2024 saylı 18 aprel 2024-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Toyota Prius minik markalı **-UR-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bərdə rayon Məhkəməsinin 3(021)-813/2024 saylı 15 avqust 2024-cü il tarixli qərarına əsasən inzibati xəta haqqında başlanmış icraata xitam verilmişdir. Belə olan halda məcburi icra tədbirlərinə ehtiyac olmadığına görə üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə tərəflərə bildiriş göndərilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə təqdimata digər şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Təqdimata əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya ******* saylı 27 fevral 2023-cü il tarixli icra sənədinə əsasən Borclu Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nızərdə tutuılmuş inzibati xətanı törətdiyinə görə barəsində 3500 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Bərdə rayon Məhkəməsinin 8(021)-143/2024 saylı 18 aprel 2024-cü il tarixli qərardadından görünür ki, təqdimat təmin olunmuş, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Azərbaycan Respublikasıl Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya ******* saylı 27 fevral 2023-cü il tarixli icra sənədniin icrasını təmin etmək üçün Borclu məxsus olan Toyota Prius minik markalı **-UR-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimata əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 3(021)-813/2024 saylı 15 avqust 2024-cü il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci mаddəsi ilə təqsirli bilinməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatı təmin edilməməlidir. Belə ki, məhkəmə müəyyən etdi ki, Borclu barəsində İXM-nin 529.1- ci maddəsi ilə tərtib protokol Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçdikdən sonra, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Qarabağ regional Şöbəsinin 27 fevral 2024-cü il tarixli MN №1065900 nömrəli qərarının qəbul olunmasından 1 il 5 aydan artıq müddət keçdikdən sonra tərtib olunmaqla məhkəməyə göndərildiyinə görə Bərdə rayon Məhkəməsinin 3(021)-813/2024 saylı 15 avqust 2024-cü il tarixli qərarına əsasən İXM-nin 529.1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Buna görə də, məhkəmə hesab edir ki, borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi üçün səbəblər aradan qalxmadığından hazırkı halda təqdimat təmin edilməməlidir. Belə ki, İXM-nin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi icra sənədinin icrası zərurətini aradan qaldırmır. Məhkəmənin həmin mərhələdəki münasibəti yalnız 529.1-ci maddə çərçivəsindədir və çıxarılan qərardad qanuni əsaslar olmadan icra olunmaması halında ictimai işlərin cəzasının tətbiq olunmasının hüquqi qiymətləndirilməsindən ibarətdir. Sadalanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə rayon Məhkəməsinin 8(021)-143/2024 saylı 18 aprel 2024-cü il tarixli qərardadına əsasən borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə rayon Məhkəməsinin 8(021)-143/2024 saylı 18 aprel 2024-cü il tarixli qərardadına əsasən borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimat təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №8(021)-540/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-540/2024
24.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver