Məhkəmə qərarları › İş №8(021)-544/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-544/2024

20.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-544/2024 20.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi ilə, X1 Bərdə Rayon Məhkəməsinin 2(021)-1397/2020 saylı, 13 aprel 2020-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-1397/2020 saylı, 13 aprel 2020-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 ərizəsi geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, X2 Bərdə Rayon Məhkəməsinin 2(021)-1397/2020 saylı, 13 aprel 2020-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Lakin iş materiallarına Bərdə Rayon Məhkəməsinin 2(021)-1397/2020 saylı, 13 aprel 2020-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə icra məmurunun qərarını əlavə etməmiş, icra sənədinin məhkəməyə qaytarılması barədə icra məmurunun qərarı tələbkar tərəfindən mübahisələndirilməmiş, birbaşa olaraq icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Hazırkı vəziyyətdə isə icra sənədinin geri qaytarılıb-qaytarılmaması məlum deyildir. Odur ki, ərizə düzgün formada tərtib olunmamışdır. Belə olan halda məhkəmə ərizənin geri qaytarılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci madddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə iddia ərizəsi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi ərizəyə təmin olunması üçün mötəbər sübutlar əlavə olunmadan hazırkı ərizə qeyri–müəyyən formada məhkəməyə təqdim olunmuşdur. Məhkəmə hesab edir ki, X1 Bərdə Rayon Məhkəməsinin 2(021)-1397/2020 saylı, 13 aprel 2020-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Bərdə Rayon Məhkəməsinin 2(021)-1397/2020 saylı, 13 aprel 2020-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fəman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar