Məhkəmə qərarları › İş №8(021)-548/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-548/2024

19.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-548/2024 19.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi ilə, X1 Bərdə rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(021)-2357/2014 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə m ü ə y y ə n e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(021)-2357/2014 saylı saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Belə ki, tələbkar ərizəni onunla əsaslandırmışdır ki, sözügedən icra sənədinin icrası müxtəlif səbəblərdən təmin edilməmiş, icra sənədi məhkəməyə geri qaytarılmışdır. Buna görə də, Bərdə rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(021)-2357/2014 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, ərizə forma və məzmun cəhətdən düzgün tərtib olunmamış, həmçinin tələbi əsaslandıran hallara dair digər sübutlar , yəni sözügedən icra sənədi,icra sənədi əgər məhkəməyə qaytarılmışdırsa, icra sənədinin geri qaytarılması barədə qərar və icra vərəqəsi əlavə edilməmişdir Məhkəmə həmçinin qeyd edir ki, əgər icra sənədi geri qaytarılmışdırsa, ərizənin xahiş etdi hissəsində də, həmin icra sənədinin geri qaytarılması barədə qərarın ləğv olunması xahiş edilməlidir. İcra sənədinin məhkəməyə geri qaytarılması barədə qəbul olunmuş qərar ləğv olunmadan onun yenidən icraya yönəldilməsi mümkün deyildir. Göründüyü kimi ərizəyə təmin olunması üçün mötəbər sübutlar əlavə olunmadığna görə hazırkı ərizə qeyri–müəyyən formada məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, X1 Bərdə rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(021)- 2357/2014 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər MPM-nin 152.1.1-ci madddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildiyindən geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Bərdə rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(021)-2357/2014 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim : Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar