Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-56/2024 19.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1416/2023 saylı icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1416/2023 saylı icra sənədi üzrə Borclu və ailə üzvlərinə məxsus olan Bərdə rayon Həsənqaya kəndində yerləşən 0.16 ha torpaq sahəsi üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1416/2023 saylı icra sənədi üzrə borclular X3 və Borclu avtomobilə dəymiş maddi ziyana görə 8049 manat tutularaq tələbkar X8 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Borclular könüllü icra müddətində icra sənədləri üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Elektron icra informasiya sistemində əldə olunmuş sorğu məlumatına əsasən Borclu və ailə üzvlərinə məxsus olan Bərdə rayon Həsənqaya kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə həmin torpaq sahəsi üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tələbkar, borclular və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməməlidir. Beləki, Təqdimata əlavə olunmuş Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1416/2023 saylı icra vərəqəsindən görünür ki, iddia tələbinin qismən təmin olunması, cavabdehlər X3 və Borclu avtomobilə dəymiş maddi ziyana görə 7770 manat, avtomobilə dəymiş ziyanın hesablanması üçün çəkilən xərc-171.22 manat tutularaq iddiaçı X8 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh X3 və Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi , iş üzrə ödənilmiş 108 manat dövlət rüsumu cavabdeh X3 və Borclu alınaraq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1416/2023 saylı icra sənədi üzrə borclulara borcun könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)- 1416/2023 saylı icra sənədi üzrə borclulara tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-302A KOD 61003018 saylı şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 12 saylı qərarına əsasən X4 və və onun ailə üzvləri olan Borclu, X10 və X5 Bərdə rayon Həsənqaya kəndində 0.16 ha hektar torpaq sahəsi verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1416/2023 saylı icra sənədi üzrə borclular öhdəliklərini könüllü icra müddətində icra etmədiyinə görə Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən məcburi icra tədbirləri görülməsi üçün Borclu məxsus əmlaka həbs qoyulması barədə təqdimat verilmiş, təqdimatda elektron icra informasiya sistemində əldə olunmuş sorğu məlumatına əsasən Borclu və ailə üzvlərinə məxsus olan Bərdə rayon Həsənqaya kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsi müəyyən edilməsi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, təqdimat hazırkı halda təmin olunduğu təqdirdə digər mülkiyyətçilərin hüquqları pozulmuş hesab olunur. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə müəyyən olunur ki, Bərdə rayon Həsənqaya kəndində 0.16 ha hektar torpaq sahəsi Borclu və ailə üzvlərinin birgə mülkiyyətindədir və sözügedən torpaq sahəsindən ona düşən pay müəyyən olunmamış və xüsusi mülkiyyəti kimi reyestrdə qeydiyyata alınmamışdır . Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)- 1416/2023 saylı icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması haqqında təqdimat təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1416/2023 saylı icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması haqqında təqdimat təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(021)-56/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-56/2024
19.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver