Məhkəmə qərarları › İş №8(021)-58/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-58/2024

02.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-58/2024 02.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, X1 Bərdə rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-897/2022 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə m ü ə y y ə n e t d i: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-897/2022 saylı icra sənədinin geri qaytarılması haqqında 21 dekabr 2023-cü il tarixli qərarın ləğv olunması və icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 ərizəsi geri qaytarılmalıdır. Belə ki, tələbkar ərizəni onunla əsaslandırmışdır ki, sözügedən icra sənədinin icrası müxtəlif səbəblərdən təmin edilməmiş, icra sənədi məhkəməyə geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, ərizə natamam formada məhkəməyə təqdim olunmuşdur. Ərizəyə icra sənədinin geri qaytarılması barədə icra şöbəsinin 21 dekabr 2023-cü il tarixli qərarı əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci madddəsinə əsasən bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə iddia ərizəsi geri qaytarılır. Göründüyü kimi ərizəyə təmin olunması üçün mötəbər sübutlar əlavə olunmadığına görə hazırkı ərizə qeyri-müəyyən formada məhkəməyə təqdim olunmuş, Belə olan halda məhkəmə ərizənin geri qaytarılması qənaətinə gəlir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, X1 Bərdə rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)- 897/2022 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Bərdə rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-897/2022 saylı icra sənədinin yenidən icraya yönəldilməsi və icra sənədinin geri qaytarılması haqqında 21 dekabr 2023-cü il tarixli qərarın ləğv olunması barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan elan edildiyi vaxtdan 10 gün müddətinə Bərdə rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar