Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-59/2024 12.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi ilə, X1 Bərdə Rayon Məhkəməsinin 2(021)-1429/2015 nömrəli, xx.xx.2015-ci il tarixli məhkəmə qərarının yenidən icraya yönəldilməsinə dair ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-1429/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, o, X11 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki işə 2015-ci il tarixdə baxılaraq 2(021)- 1429/2015 saylı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Mülki iş icra olunması üçün Bərdə rayon İcra və Probasiya Şöbəsinə yönəldilmişdir. Mülki işləri icra şöbəsinin icraatında olan zaman onlar Osman Mamedov ilə barışaraq ailə münasibətlərini bərpa etdilər. Bunun üçün də xx.xx.2020-ci il tarixdə ərizəsi əsasında Bərdə rayon İcra və Probasiya şöbəsindən icra sənədi məhkəməyə geri qaytarılmışdır. Hal-hazırda Osman Mamedov ilə onlar ayrı yaşayırlar və övladının saxlanılması üçün heç bir maddi köməklik etmir. Aliment 2015-ci il tarixdə müəyyən edilməsinə baxmayaraq Osman Mamedov həmin tarixdən 2020-ci il tarixə qədər heç bir aliment məbləğini ödəməmiş, aliment borcu yığıldığı üçün axtarışda olmuşdur. Hazırda onlar ayrı yaşadığı müddət ərzindən bu zamana qədər də heç bir aliment məbləği ödənilməmişdir. Bunun üçün də aliment işinin yenidən icra olunmasını istəyir. Məhkəmə iclasında iştirak edən X2 ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasın vaxtı və yeri barədə borcluya və Bərdə rayonu İcra və probasiya Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə borclu və Bərdə rayonu İcra və probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X8 icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında 2020-ci il tarixli qərarın surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-1429/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi Bərdə rayon Məhkəməsinə geri qaytarılmışdır. X3 Bərdə rayon İcra və Probasiya Şöbəsinə ərizə verərək Bərdə rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən X14 bir uşağın saxlanılması üçün hər ay onun xeyrinə 108 manatdan aliment ödəməlidir. Onlar hal-hazırda barışmışlar, bir yerdə yaşayırlar. Bərdə rayon İcra şöbəsinin icraatında olan icra vərəqəsinin AR icra haqqında qanunun 23.1.1 maddəsinə əsasən məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqqında” Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra sənədinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra sənədini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında razılıq pozulduğundan və uşaqların saxlanması vəzifəsini Türkanə Əkbərova ilə yanaşı X14 da daşıdığından icra sənədinin yenidən icraya yönəldilməsi zərurəti yaranmışdır, həmçinin qəbul edilmiş məhkəmə qərarı bugünədək icra edilmədiyindən həmin icra sənədinin icrasının təmini məqsədilə Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X8 icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında qərarı ləğv edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)- 1429/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X8 icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında 2020-ci il tarixli qərarı ləğv edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-1429/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardadın surəti tərəflərə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-59/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-59/2024
12.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver