Məhkəmə qərarları › İş №8(021)-593/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-593/2024

29.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-593/2024 29.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, X4 Kredit Təşkilatı "xxxx" MMC-nin icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon İcra və Probasiya Şöbəsinin 8İ-21488 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin xx.xx.2024-cü il tarixdə geri qaytarılması barədə qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 Asan Xidmət mərkəzinin Notariat Ofisi tərəfindən X3 barəsində 8İ-21488 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən Borclu cəmiyyətin xeyrinə ümumilikdə 130 manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sadiq Həsənovun icraatına daxil olmuş, sonra icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-ci maddəsinin tələbini rəhbər tutaraq icra sənədini geri qaytarılmasına dair xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. İcra sənədini geri qaytarılması barədə qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Bildirilmişdir ki, icra işlərinin geri qaytarılmasına səbəb olan dəlillərə dair icra məmuru tərəfindən toplanmış materialla tanış olmaq istəyərkən icra məmuru cəmiyyətin nümayəndəsinə iş materialları ilə tanış olmağa və onlardan çıxarışlar etməyə şərait yaratmaqdan imtina etmişdir. Odur ki, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edilmişdir. Ərizəyə baxılması ilə əlaqədar digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, Borclu 57 manat 50 qəpik məbləğində əsas, 47,50 manat cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 130 manat pul tutulsun. Həmin icra qeydi xx.xx.2023-cü il tarixdə aparılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqından qərardan görünür ki, X6 Xidmət Mərkəzinin Notariat Kontorunun 8i-21488 saylı xx.xx.2023-cü il tarixli icra sənədi X6 Xidmət Mərkəzinin Notariat Kontoruna qaytarılması qərara alınmlışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. İş materiallarından aydın olur ki, X2 Asan Xidmət mərkəzinin Notariat Ofisi tərəfindən Borclu barəsində 8i-21488 saylı xx.xx.2023-cü il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən Borclu cəmiyyətin xeyrinə ümumilikdə 130 manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sadiq Həsənovun icraatına daxil olmuş, sonra icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-ci maddəsinin tələbini rəhbər tutaraq icra sənədini geri qaytarılmasına dair xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Məhkəmə onu da qeyd edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və iş icraya yönəldilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqqında” Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra sənədinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra sənədini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 xx.xx.2024-cü il tarixli icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarı ləğv edilməli, X6 Xidmət Mərkəzinin Notariat Kontorunun 8İ- 21488 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 286-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 xx.xx.2024-cü il tarixli icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarı ləğv ləğv edilsin. X6 Xidmət Mərkəzinin Notariat Kontorunun 8i-21488 saylı xx.xx.2023-cü il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardadın surəti tərəflərə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar