Məhkəmə qərarları › İş №8(021)-597/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-597/2024

31.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-597/2024 31.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, X2 Kredit Təşkilatı "xxxx" MMC-nin İdarə Heyətinin sədri X3 Rayon İcra və Probasiya Şöbəsinin icra sənədinin geri qaytarılmasına dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Kontorunun 27 noyabr 2023-cü il tarixli, 8İ-26883 saylı İcra Qeydinin yenidən icraya yönəldilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi : Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Kontorunun 27 noyabr 2023-cü il tarixli, 8İ-26883 saylı İcra qeydinə əsasən AZ1075, ünvan 1 ünvanında yerləşən Bank Olmayan Kredit X1 Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) xeyrinə ünvan 2i ünvanında qeydiyyatda olan Borclu (AA 5329037, xx.xx.2023- Asan- Bərdə: FİN xxxxxxx: d/t xx.xx.1983) **********18 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 146,96 (yüz qırx altı manat 96 qəpik) manat tutulmalı, bundan əlavə borclu- Borclu 84,04 (səksən dörd manat 04 qəpik) manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 256 (iki yüz əlli altı) manat pul tutulmalıdır. Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Kontorunun 27 noyabr 2023-cü il tarixli, 8İ-26883 saylı İcra Qeydi icra edilməsi üçün Bərdə Rayon İcra Şöbəsinə göndərilmişdir. Tələbkar “Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin İdarə Heyətinin sədri Tural Vəliyev məhkəməyə şikayətlə müraciət edərək Bərdə Rayon İcra və Probasiya Şöbəsinin 27 noyabr 2023-cü il tarixli, 8İ-26883 saylı icra sənədinin geri qaytarılmasına dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və İcra qeydinin icra olunması üçün Bərdə Rayon İcra və Probasiya Şöbəsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar “Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC şikayəti onunla əsaslandırmışdır ki, Bərdə Regional "ASAN xidmət" Mərkəzində Notariat Kontoru ofisi tərəfindən Borclu barəsində 27 noyabr 2023-cü il tarixli, 8İ-26883 saylı İcra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən Borclu cəmiyyətin xeyrinə 256 (iki yüz əlli altı) manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sadiq Həsənovun icraatına daxil olmuş, ondan sonra icra məmuru Sadiq Həsənov "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinin tələbini rəhbər tutaraq 27 noyabr 2023-cü il tarixli, 8İ-26883 saylı icra sənədini 18 aprel 2024-cü il tarixdə geri qaytarılması barədə qərar qəbul etmişdir. Hesab edir ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin 27 noyabr 2023-cü il tarixli, 8İ-26883 saylı icra sənədini 18 aprel 2024-cü il il tarixdə geri qaytarılması barədə qərarı qanunsuz və əsassızdır. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sadiq Həsənovun icraatında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nə dair icra işlərinin geri qaytarılmasına səbəb olan dəlillərə dair icra məmuru tərəfindən toplanmış sənədlər ilə tanış olmaq istəyərkən icra məmuru cəmiyyətin nümayəndəsinə "İcra haqqında" Azərbaycan Respublikasının 29-cu maddəsinin tələblərini kobud pozaraq iş materialları ilə tanış olmağa və onlardan çıxarışların çıxarılmasına şərait yaratmaqdan imtina etmişdir. Bundan başqa, icra məmuru tərəfindən geri qaytarılmış icra sənədləri ilə bağlı borclunun izahatı alınmamış, həmçinin qəbul edilmiş qərarında hər hansı əsaslandırma aparmamış "İcra haqqında" Azərbaycan Respublikasının 23.3-cü maddəsinin tələblərinə əsasən icra məmuru tərəfindən hansı görülmüş bütün tədbirlər nəticə verilmədiyi qeyd olunmamışdır. İcra məmuru ərazi üzrə nümayəndəyə bildirmişdir ki, həmin işləri kütləvi şəkildə geri qaytarılmasına səbəb ümumiyyətlə cəmiyyətin işlərini görmək istəməməsi və buna sərf edəcək vaxtının olmamasıdır. Ən sonda qeyd edirik ki, cəmiyyətə aid icra sənədləri üzrə borc məbləğləri həmin borclu olan şəxslərin onlara məxsus mobil telefonunun qiymətindən də aşağı məbləğ təşkil edir. İcra məmuru borcludan cəmi 256 manat borcun alınmasını mümkün olmayan işə çevirmişdir. Tələbkar “Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin İdarə Heyətinin sədri Tural Vəliyev məhkəməyə ərizə göndərərək şikayətə iştirakları olmadan baxaraq şikayətin təmin olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətə tərəflərin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə olan şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Kontorunun 27 noyabr 2023-cü il tarixli, 8İ-26883 saylı İcra qeydindən müəyyən olunur ki, AZ1075, ünvan 3 ünvanında yerləşən Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) xeyrinə ünvan 2i ünvanında qeydiyyatda olan Borclu (AA 5329037, xx.xx.2023- Asan- Bərdə: FİN xxxxxxx: d/t xx.xx.1983) **********18 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 146,96 (yüz qırx altı manat 96 qəpik) manat tutulmalı, bundan əlavə borclu- Borclu 84,04 (səksən dörd manat 04 qəpik) manat məbləğində cərimə (penya), tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 256 (iki yüz əlli altı) manat pul manat pul tutulmalıdır. Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Kontorunun 27 noyabr 2023-cü il tarixli, 8İ-26883 saylı İcra qeydi icra edilməsi üçün Bərdə Rayon İcra Şöbəsinə göndərilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” 18 aprel 2024-cü il tarixli qərarından görünür ki, Bərdə regional “ASAN xidmət” Mərkəzi Notariat Ofisinin 27 noyabr 2023-cü il tarixli, 8İ-26883 saylı icra sənədi Bərdə regional “ASAN xidmət” Mərkəzi Notariat Ofisinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin 27 noyabr 2023-cü il tarixli, 8İ-26883 reyestr nömrəli İcra qeydinə əsasən AZ1075, ünvan 1 ünvanında yerləşən Bank Olmayan Kredit Təşkilatı Azpul MMC-in (VÖEN: **********) xeyrinə ünvan 2i ünvanında qeydiyyatda olan Borclu (AA 5329037, xx.xx.2023- Asan- Bərdə: FİN xxxxxxx: d/t xx.xx.1983) **********18 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 146,96 (yüz qırx altı manat 96 qəpik) manat tutulmalı, bundan əlavə borclu- Borclu 84,04 (səksən dörd manat 04 qəpik) manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 256 (iki yüz əlli altı) manat pul tutulmalıdır. İcra sənədi, icra edilməsi üçün Bərdə Rayon İcra və Probasiya Şöbəsinə göndərilsə də, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin 18 aprel 2024-cü il tarixli qərarına əsasən həmin İcra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən qaytarılmışdır. Göründüyü kimi, cəmi 256 (iki yüz əlli altı) manat məbləğində vəsaitin borcludan tutulması təmin edilməmiş, Bərdə Rayon İcra və Probasiya Şöbəsi “İcra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” 18 aprel 2024-cü il tarixli qərarının əsaslılığı barədə məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa elə də böyük məbləğ olmayan 256 (iki yüz əlli altı) manat məbləğində pulun ödənilməsi üçün icra məmuru tərəfindən bütün tədbirlərin görülməsinə baxmayaraq borcun ödənilməsinin mümkün olmaması inandırıcı deyildir. Ona görə də məhkəmə hesab edir ki, X2 Kredit Təşkilatı "xxxx" MMC-nin İdarə Heyətinin sədri X3 Rayon İcra və Probasiya Şöbəsinin 27 noyabr 2023-cü il tarixli, 8İ- 26883 saylı İcra sənədinin 18 aprel 2024-cü il tarixdə geri qaytarılması barədə qərarının ləğv edilməsinə dair ərizəsi təmin edilməli, Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin 27 noyabr 2023-cü il tarixli, 8İ-26883 reyestr nömrəli İcra sənədi yenidən icraya yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutuaraq məhkəmə Qərara aldı : Şikayət təmin edilsin. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” 18 aprel 2024-cü il tarixli qərarı ləğv edilsin. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Borclu qarşı borc tələbinə dair Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin 27 noyabr 2023-cü il tarixli, 8İ- 26883 reyestr nömrəli İcra Qeydi yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar