Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-602/2024 29.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 8(021)-758 nömrəli qərardadı ilə borclunun əmlakının üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 8(021)-758/2024 nömrəli qərardadı ilə Borclu adına olan “Mercedes Benz 190” minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bərdə rayon Məhkəməsinin 2(021) 1245/2011 saylı, 14 iyul 2011-ci il tarixli icra sənədinə əsasən Borclu və qeyrilərindən cəmi 4429,65 manat pul tutularaq tələbkar "xxxx" ASC-nə ödənilməlidir. Qərarın icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “Mercedes Benz 190” minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcraat dövründə tələbkar ərizə ilə müraciət edərək icra sənədinin icraatəna xitam verilməsini və avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş 2(021) 1245/2011 saylı, 14 iyul 2011-ci il tarixli icra vərəqəsindən müəyyən edilir ki, Borclu və qeyrilərindən cəmi 4429,65 manat alınaraq tələbkar "xxxx" İKB ASC-nə ödənilməlidir . Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 8(021)-758/2023 nömrəli qərardadının surətindən görünür ki, həmin qərardadla Borclu mülkiyyətində olan “Mercedes Benz 190” minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələbkar "xxxx" ASC-nin Bərdə Rayon İcra və Probasiya Şöbəsinə yazmış olduğu ərizədən görünür ki, icra sənədi üzrə tələb tam təmin olunaraq ona olan borc tam ödənilmişdir. İcra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Borclu mülkiyyətində olan “Mercedes Benz 190” minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına artıq heç bir zərurət qalmamışdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə əmlakın üzərindəki həbsin götürülməsi onun gələcəkdə icrasına da çətinlik yaratmır. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra sənədi üzrə Bərdə rayon Məhkəməsinin 8(021)-758/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Mercedes Benz 190” minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-602/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-602/2024
29.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver