Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-605/2024 21.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim X1 оğlunun sədrliyi ilə, Əmanətlərin Sığortalanması Fondunun icra sənədinin yenidən icraya yönəldilməsinə dair müraciətinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Əmanətlərin Sığortalanması Fondu məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli 2(021)-685/2015 saylı icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə müraciəti nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən müraciət geri qaytarılmalıdır. Belə ki, Əmanətlərin Sığortalanması Fondu Bərdə Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli 2(021)-685/2015 saylı icra sənədinin geri qaytarılması barədə İcra və Probasiya Şöbəsinin qərarından şikayət verməli olduğu halda, icra sənədinin yenidən icraya yönəldilməsi barədə məhkəməyə müraciət etmişdir. Bundan başqa, müraciətdən görünür ki, müraciət Azərbaycan Respublikasının MPMnin 149-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilmiş, müraciətdə tərəflərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, tərəflərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, elektron poçt ünvanları, eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin FİN nömrəsi və ya VÖEN) göstərilməmişdir. O cümlədən, müraciətə Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(021)- 685/2015 saylı icra sənədinin geri qaytarılmasına dair İcra və Probasiya Şöbəsinin qərarı əlavə edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin: 149.2.2-ci maddəsinə görə, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 152.1 və 152.1.1-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən Əmanətlərin Sığortalanması Fondunun icra sənədinin yenidən icraya yönəldilməsinə dair müraciəti geri qaytarılmalıdır. Əmanətlərin Sığortalanması Fonduna izah edilir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(021)-685/2015 saylı icra sənədinin geri qaytarılması barədə İcra və Probasiya Şöbəsinin müvafiq qərarından şikayətlə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Əmanətlərin Sığortalanması Fondunun Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(021)-685/2015 saylı icra sənədinin yenidən icraya yönəldilməsinə dair müraciəti geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №8(021)-605/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-605/2024
21.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver