Məhkəmə qərarları › İş №8(021)-609/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-609/2023

24.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-609/2023 24.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının müzakirəsinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ağdam Rayon Məhkəməsinin 06 avqust 2015-ci il tarixli, 2(13)-1866/2015 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 028CASA140640005 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Borclu, X2 və X1 müştərək qaydada 10122,16 ABŞ dolları əsas, 1001,55 ABŞ dolları kreditdən istifadəyə görə faiz, 100 ABŞ dolları peniya borcu olmaqla, cəmi 11223,72 (on bir min iki yüz iyirmi üç dollar 72 sent) ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəməyə təqdimatla müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli qərarla icraata başladığı Ağdam Rayon Məhkəməsinin 06 avqust 2015-ci il tarixli, 2(13)-1866/2015 saylı icra sənədinə əsasən xx.xx.1989-cu il tarixində Ağdam rayonu Başqərvənd kəndində anadan olmuş və Bərdə rayonu Meşəçilik İnstitutunda yaşayan Borclu 11223 ABŞ dolları məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2015-ci il tarixdə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bərdə Rayon İcra və Probasiya Şöbəsinə, tələbkar "xxxx" ASC-nə və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 231.2-ci maddəsinə əsasən Bərdə Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin, tələbkar "xxxx" ASC -nin nümayəndəsinin və Borclu iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Ağdam Rayon Məhkəməsinin 06 avqust 2015-ci il tarixli, 2(13)-1866/2015 saylı icra vərəqəsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Borclu, X4 və X3 qarşı kredit müqaviləsinin ləğvi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh Borclu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 028CASA140640005 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Borclu, X2 və X1 müştərək qaydada 10122,16 ABŞ dolları əsas, 1001,55 ABŞ dolları kreditdən istifadəyə görə faiz, 100 ABŞ dolları peniya borcu, cəmi – 11223,72 (on bir min iki yüz iyirmi üç dollar yetmiş iki sent) ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “İcraata başlamaq haqqında” 18 sentyabr 2015-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılması, Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etməsinin təklif olunması, icra könüllü təmin edilmədiyi təqdirdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. 18 sentyabr 2015-ci il tarixli 2928/04 nömrəli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadıqda qanunauyğun qaydada barəsində məcburi icra tədbirləri tətbiq olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu Ağdam Rayon Məhkəməsinin 06 avqust 2015-ci il tarixli, 2(13)-1866/2015 saylı icra sənədini hazırkı vaxta kimi icra etməmiş, 11223,72 manat məbləğində borcunu tam şəkildə ödəməmişdir. MPM-nin 231.3-cü maddəsinə görə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilir ki, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 06 avqust 2015-ci il tarixli, 2(13)-1866/2015 nömrəli icra sənədi üzrə tutulmalı olan borc Borclu tərəfindən ödənilmədiyindən və onun ölkəni tərk etmək ehtimalı olduğundan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1989-cu ildə Ağdam rayonu Başqərvənd kəndində anadan olmuş və Bərdə rayonu Meşəçilik İnstitutunda yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququ Ağdam Rayon Məhkəməsinin 06 avqust 2015-ci il tarixli, 2(13)-1866/2015 nömrəli icra sənədi icra edilənədək məhdudlaşdırılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar