Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-61/2024 21.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman оğlunun sədrliyi, X5 iclas katibliyi , X1 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1010/2023 saylı icra sənədi üzrə X1 icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarın ləğv olunması və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1010/2023 saylı icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1010/2023 saylı qətnaməsinə əsasən onun xx.xx.2012-ci ildə anadan olmuş X3 və xx.xx.2009-cu ildə anadan olmuş X4 ilə hər ayın İ və İİİ həftəsinin şənbə günü saat 10:00 dan etibarən, uşaqlar gecəni iddiaçı X6 yanında qalmaqla, bazar günü saat 19:00 -a kimi görüşüb ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi qət olunmuşdur. Həmin qətnamənin icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə yönəldilmişdir. Sonradan heç bir əsas olmadan Bərdə rayon İcra və Probasiya Şöbəsi icra sənədini geri qaytarmışdır. Hazırda Bərdə Rayon Məhkəməsinin xx.xx.2023--cü il tarixli 2(021)-1010/2023 saylı icra sənədinin yenidən icraya yönəldilməsinə zərurət vardır. Ərizəyə baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə və Bərdə rayon İcra və Probasiya Şöbəsinə bildiriş göndərilmiş, məhkəmə iclasına tələbkar gəlmiş, digərləri iştirak etməmişdir. X2 məhkəmə iclasında ərizəsini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəyə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)- 1010/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X6 xx.xx.2012-ci ildə anadan olmuş X3 və xx.xx.2009-cu ildə anadan olmuş X4 ilə hər ayın İ və İİİ həftəsinin şənbə günü saat 10:00-dan etibarən, uşaqlar gecəni iddiaçı X6 yanında qalmaqla, bazar günü saat 19:00 -a kimi görüşüb ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi qət olunmuşdur. Ərizəyə əlavə olunmuş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1010/2023 saylı icra sənədi məhkəməyə qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1010/2023 saylı icra sənədi üzrə X1 uşaqları ilə görüşüb ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi qət olunmuş, lakin sonradan icra sənədi məhkəməyə geri qaytarıldığına görə hazırda icra sənədinin yenidən icraata yönəldilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininn 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Beləliklə, məhkəmə hesab edir ki, Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv olunmalı, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1010/2023 saylı icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsаsən və MPM-in 266-269-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: X1 ərizəsi təmin edildin. Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması haqqında ”qərarı ləğv olunsun. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1010/2023 saylı icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(021)-61/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-61/2024
21.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver