Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-610/2024 04.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X5 iclas katibliyi, X1 iştirakı ilə, X1 icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, Bərdə Rayon Məhkəməsinin 2(021)- 3579/2018 saylı 10 avqust 2018-ci il tarixli qətnaməsinin təkrarən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-3579/2018 nömrəli qətnaməsinə cavabdeh X4 1 uşağın saxlanması üçün hər ay 50 manat alimentin tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədi icra edilməsi üçün Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Aralarında olan razılaşmaya görə o, icra şöbəsinə müraciət edib alimenti dayandırmış, Xətai Quliyev isə hər ay alimenti nəğd ödəməsini öhdəsinə götürmüş, bir müddətdən sonra Xətai Quliyev öhdəliyinə əməl etməmiş, alimenti ödəməkdən boyun qaçırmışdır. Bərdə rayon İcra və Probasiya Şöbəsi xx.xx.2024-cü il tarixli qərar qəbul edərək icra sənədini Bərdə rayon Məhkəməsinə qaytarmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi olan X2 ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəyə baxılması ilə əlaqədar borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1991ci ildə anadan olmuşdur. İş materiallarında olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məhəmmədəli Qasımzadənin xx.xx.2024-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılmasına dair qərarının surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)- 3579/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi tələbkarın icra sənədinin məhkəməyə qaytarılması barədə xahişi nəzərə alınaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. İş materiallarından aydın olur ki, Bərdə rayon Məhkəməsinin Bərdə rayon Məhkəməsinin 2(021)-3579/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən icra vərəqəsi verilmiş və icra olunması üçün Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcraat dövründə tələbkar ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmiş və icra sənədi icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə uyğun olaraq məhkəməyə qaytarılmışdır. Lakin, sonradan ərizəçi uşağının saxlanmasında çətinlik çəkdiyindən və borclu uşağına baxmaqdan boyun qaçırdığından məhkəmənin aliment tutulmasına dair icra sənədinin yenidən icraya yönəldilməsi zərurəti yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqqında” Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra sənədinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra sənədini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məhəmmədəli Qasımzadənin xx.xx.2024-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarı ləğv edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-3579/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məhəmmədəli Qasımzadənin xx.xx.2024-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarı ləğv edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-3579/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardadın surəti tərəflərə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-610/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-610/2024
04.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver