Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-613/2023 07.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nicat Sayat oğlunun katibliyi ilə, Bərdə Rayon İcra Şöbəsinin icra məmurunun Bərdə Rayon Məhkəməsinin 2(021)- 2756/2022 nömrəli 07 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən borclunun əmlakı üzərindən həbsin götürülməsi barədə təqdimatına Bərdə Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra Şöbəsinin icra məmuru Validə Hümbətova məhkəməyə təqdimatla müraciət edərək Bərdə Rayon Məhkəməsinin 2(021)-2756/2022 nömrəli 07 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən Borclu mülkiyyətindəki “VAZ 21074 minik” markalı, ** FP *** dövlət nömrə nişanlı avtomobilinin üzərindən həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilsə də məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2756/2022 nömrəli 07 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən Borclu və qeyrisindən 3371.18 manat alınaraq tələbkar "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməlidir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2756/2022 nömrəli 07 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən Borclu mülkiyyətindəki “VAZ 21074 minik” markalı, ** FP *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Məhkəmə işdə olan sənədləri araşdırıb belə hesab edir ki, təqdimat təmin edilməli Bərdə Rayon Məhkəməsinin 2(021)-2756/2022 nömrəli 07 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə görülmüş icra tədbirləri ləğv edilməli, Borclu mülkiyyətindəki “VAZ 21074 minik” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267-ci maddələrinirəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-2756/2022 nömrəli 07 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətindəki “VAZ 21074 minik” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №8(021)-613/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-613/2023
07.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver