Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-616/2023 07.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi Məhkəmə iclas katibi Hüseynli Nicat Sayat oğlunun katibliyi, Borclu Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(104)-577/2021 saylı qətnaməsinin icrasına möhlət verilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(104)-577/2021 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(021)-11/2020 saylı qətnaməsi ilə (hakim M.Allahverdiyev) ilkin iddia tələbi qismən təmin edilmiş, Borclu, X12, X10, X5 və X2 müştərək qaydada 14477 ABŞ dolları əsas, 1930.31 ABŞ dolları faiz, 234.76 ABŞ dolları cərimə, cəmi 16642.07 ABŞ dolları məbləğində kredit borcunu iccra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda, ödənilmiş 31 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və ödənilmiş 21 manat xidmət haqqının tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, borcun ödənilməsinin ipoteka qoyulmuş, X3, Qurbanov orxan Qabil oğlunun, X4 və Borclu paylı mülkiyyətində olan, Bərdə rayonu, Bayramlı kəndində yerləşən 0.70 ha torpaq sahəsinə vəhəmin torpaq sahəsində yerləşən Borclu mülkiyyətində olan, 1782 kv.m ümumi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, Bərdə rayonu, Bayramlı kəndində yerləşən 0.70 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşə 178.5 kv.m ümumi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin açıq hərracda satılması və Bərdə rayonu, Bayramlı kəndində yerləşən 0.70 ha torpaq sahəsinin və həmin üzərində yerləşən 178.5 kv.m ümumi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, Bayramlı kəndində yerləşən 0.70 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşə 178.5 kv.m ümumi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin açıq hərracda satıldıqdan bir ay sonra ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar X3, Qurbanov orxan Qabil oğlunun, X4 və Borclu həmin yaşayış evi üzrəində istifadə hüquqlarını tirməklə evdən şıxarılmaları, ilkin iddia tələbinin qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(104)-577/2021 saylı (hakimlər X9 (sədrlik edən və məruzəçi), X1 və X6 ibarət tərkibdə) qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. Qətnaməyə əsasən Bərdə Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(021)- 11/2020 saylı qətnaməsi “ipoteka predmeti olan ərdi yaşayış evinin ilkin satış qiymətinin 20.000 (iyirmi min) manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 25.000 manat məbləğində müəyyən edilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra ərəqəsi verilmi və icra olunması üşün Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Daha sonra ona məxsus olan ev hərracda satılmadığından tələbkara təklif edilmiş və bankın mükiyyətinə keçmişdir. Sözügedən evdə beş nəfər, onlardan biri on aylıq olmaqla, ailə üzvüləri ilə birlikdə yaşayırlar, başqa yaşayış evləri yoxdur. 17.000 manat borcundan 9000 manatını iş icraya keçdikdən sonra ödəmişdir və hər ay 1000 manat ödəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə Borclu ərizədə göstərdikləri dəlilləri müzakirə edərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Borclu ərizəsinin məzmunundan görünür ki, o, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(104)-577/2021 saylı qətnaməsinin icrasına möhlət verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun normasının məzmunundan göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyətinin və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan qanunun normasına görə qətnamənin icrasına möhlət verilməsi məsələsinə baxılarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 2 saylı qərarının 14-cü bəndinə əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissəhissə icra edilməsi müstəsna hal olub iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə məhkəmə tələbkarın mənafəyini də nəzərə almalıdır. Göründüyü kimi, həm Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1ci maddəsi, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 2 saylı qərarının 14-cü bəndi qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icrası haqqında məsələ həll edilərkən ilk növbədə tərəflərin əmlak vəziyyətini, xüsusilə də tələbkarın mənafeyinin nəzərə alınmasını nəzərdə tutur. Məhkəmə hesab edir ki, Borclu qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsinin təmin olunması uzun müddətdir ki, tələbkarın mülkiyyət hüququnu həyata keçirməklə bağlı qeyri-müəyyən vəziyyətə salır və tələbkarın Azərbaycan Respublikası Konstitusiyası və «İnsan Hüquqlarının və X8 haqqında» Avropa Konvensiyası ilə təsbit olunmuş mülkiyyət hüququnun pozulması və öz hüquqlarını reailizə etmək imkanından məhrum olunması ilə nəticələnməsinə gətirib çıxarmasına səbəb olardı. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X8 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbayjan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X8 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Prokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Məhkəmə hazırkı ərizənin baxılması ilə əlaqədar İnsan hüquqları üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yunanıstan Neft emalı zavodu “Stern” Yunanıstana qarşı” işində arbitraj qətnaməsini Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin müddəlarına müvafiq olaraq “Əmlak” hesab edilməsi qərarına gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Hornbi Yunanıstana qarşı işi üzrə 19 mart 1997-ci il tarixli qərarında xatırlatmışdır ki, «Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Beləliklə, bu hüquq işin məhkəmə tərəfindən araşdırılması hüququnu təsbit edir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir, Razılığa gələn Tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda bu hüquq xəyalı xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prosessual təminatları dəqiqliklə nəzərdə tutulmasını və məhəkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimlənməsi kimi tərtib olunması Razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi Prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X8 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, «ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdılar ki, «İnsan hüquqularının və X8 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhəkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə ağlabatan müddət konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Beləliklə, Borclu Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2021ci il tarixli, 2(104)-577/2021 saylı qətnaməsinin icrasına möhlət verilməsinə münasibətdə məhkəmə hesab edir ki, Borclu qətnamənin icrasına möhlət verilməsinə dair ərizəsinin təmin ounması kredit borcunu ala bilməyən tələbkar "xxxx" QSC-nin oğluna münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin və İnsan Hüquqularının və X8 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin tələblərinə zidd olmaqla, həmin maddələrin pozulması ilə nəticələndiyindən ərizə təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Borclu Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(104)-577/2021 qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №8(021)-616/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-616/2023
07.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver