Məhkəmə qərarları › İş №8(021)-617/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-617/2023

31.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-617/2023 31.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Tələbkar Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2014-cü il tarixli 2(021)- 203/2012 saylı qərarının ləğv edilməsi və Bərdə Rayon Məhkəməsinin 02 fevral 2012-ci il tarixli 2(021)-203/2012 saylı icra sənədinin yenidən icraya yönəldilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2014-cü il tarixli 2(021)-203/2012 saylı qərarının ləğv edilməsinə və Bərdə Rayon Məhkəməsinin 02 fevral 2012-ci il tarixli 2(021)-203/2012 saylı qətnaməsinin yenidən icraya yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 02 fevral 2012-ci il tarixli, 2(021)-203/2012 saylı qətnaməsinə əsasən cavabdeh X2 600 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2014-cü il tarixli, 2(021)-203/2012 saylı qərarına əsasən İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.3 və 20.2-ci maddələrinə əsasən Bərdə Rayon Məhkəməsinin 02 fevral 2012-ci il tarixli, 2(021)- 203/2012 saylı qətnaməsinin icrasına xitam verilmişdir. Belə ki, borclu ona qəbz verərək pulu ödəyəcəyinə söz vermiş, bu səbəbdən də ərizə verərək icra işinə xitam verilməsini xahiş etmişdir. Lakin borclu sonradan öz borcunu ödəməmişdir. Göründüyü kimi, icra məmuru mərhum atasının vəfat etməsindən sonra heç bir araşdırma aparmamış və icra işinin icraatına xitam verməklə öz işini bitmiş hesab etmişdir. Məhkəmə iclasında Tələbkar ərizəsində göstərilənlərə uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. X1 və Bərdə Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəyə borclu X3 və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tələbkarı dinləyib, işdə olan ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 02 fevral 2012-ci il tarixli 2(021)-203/2012 saylı icra vərəqəsindən görünür ki, iddiaçı Tələbkar cavabdeh X2 630 manat pul, 170 manat yol xərci və 300 manat əldən çıxmış gəlirin alınıb ona verilməsi barədə tələbi qismən təmin edilmiş, cavabdeh X2 600 manat məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq Tələbkar verilməsi qət edilmişdir. “İcra işinin icraatına xitam verilməsi barədə” Bərdə Rayon İcra Şöbəsinin böyük icra məmuru Natiq Camalovun təqdimatından görünür ki, icra məmuru Bərdə Rayon Məhkəməsinə təqdimatla müraciət edərək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə uyğun olaraq icra işinin icraatına xitam verilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Tələbkar Bərdə Rayon İcra Şöbəsinə ünvanladığı ərizəsindən görünür ki, Bərdə rayonu Qazıqurdalı kənd sakini X3 ona 600 manat pul borcu olmuş, hazırda onun tələbi tam ödənilmişdir. Namiq Məmmədovdan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, Bərdə Rayon Məhkəməsinin 02 fevral 2012-ci il tarixli 2(021)-203/2012 saylı icra vərəqəsinə əsasən cavabdeh X2 600 manat məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq Tələbkar verilməsi qət edilmiş, icra sənədi qanunla müəyyən edilmiş qaydada icraya yönəldilmişdir. Tələbkar Bərdə Rayon İcra Şöbəsinə ərizə verərək Bərdə rayonu Qazıqurdalı kənd sakini X3 ona 600 manat pul borcu olduğunu, hazırda onun tələbinin tam ödənildiyini, Namiq Məmmədovdan heç bir şikayət və tələbinin olmadığını bildirmiş, icra məmuru Bərdə Rayon Məhkəməsinə təqdimatla müraciət edərək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə uyğun olaraq icra işinin icraatına xitam verilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü ki, tələbkarın Bərdə Rayon Məhkəməsinin 02 fevral 2012-ci il tarixli, 2(021)-203/2012 saylı icra vərəqəsində göstərilən tələbi tam təmin edilmişdir. Bu hal tələbkarın Bərdə Rayon İcra Şöbəsinə ünvanladığı ərizəsində də öz əksini tapmışdır. Qeyd olunmalıdır ki, ərizəçinin tələbinin birinci hissəsi Bərdə Rayon İcra və Probasiya Şöbəsinin İcra işi üzrə icraata xitam verilməsinə dair xx.xx.2014-cü il tarixli 2(021)- 203/2012 saylı qərarının ləğv edilməsindən ibarətdir. Lakin ərizəçi həmin qərarın ləğv edilməsini xahiş etsə də, sözügedən qərar ərizəyə əlavə edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Tələbkar Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2014-cü il tarixli, 2(021)-203/2012 saylı qərarının ləğv edilməsi və Bərdə Rayon Məhkəməsinin 02 fevral 2012-ci il tarixli, 2(021)-203/2012 saylı icra vərəqəsinin yenidən icraya yönəldilməsinə dair ərizəsinin təmin edilməsi üçün qanuni əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutuaraq məhkəmə Qərara aldı : Tələbkar Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2014-cü il tarixli, 2(021)- 203/2012 saylı qərarının ləğv edilməsi və Bərdə Rayon Məhkəməsinin 02 fevral 2012-ci il tarixli, 2(021)-203/2012 saylı icra vərəqəsinin yenidən icraya yönəldilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar