Məhkəmə qərarları › İş №8(021)-621/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-621/2024

04.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-621/2024 04.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 8(021)-231 nömrəli qərardadı ilə borclunun əmlakının üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 8(021)- 231 nömrəli qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ21063” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı və X3 mülkiyyətində olan “VAZ21013” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin 2(102) 3707/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən borclu X1 və digər borclulardan müştərək qaydada 15652.20 manat pul alınaraq “Tural” KFT-nin xeyrinə ödənilməlidir. Qərarın icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “VAZ21063” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı və X3 mülkiyyətində olan “VAZ21013” markalı ** BB *** dövlət nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcraat dövründə tələbkar ərizə ilə müraciət edərək Borclu mülkiyyətində olan “VAZ21063” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı və X3 mülkiyyətində olan “VAZ21013” markalı ** BB *** dövlət nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən Borclu mülkiyyətində olan “VAZ21063” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı və X3 mülkiyyətində olan “VAZ21013” markalı ** BB *** dövlət nişanlı avtomobilin üzərindən həbsin götürülməsi zərurəti yaranmışdır. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(021)-1636/2021 nömrəli icra vərəqəsindən müəyyən edilir ki, 2(102) 3707/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən borclu X1 və digər borclulardan müştərək qaydada 15652.20 manat pul alınaraq “Tural” KFT-nin xeyrinə ödənilməlidir. Bərdə Rayon Məhkəməsinin Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 8(021)-231 nömrəli qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ21063” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı və X3 mülkiyyətində olan “VAZ21013” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. İş materillarında olan ödəniş kartından çıxarışdan görünür ki, icra sənədi üzrə tələb tam təmin olunaraq ona olan borc tam ödənilmişdir. İcra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Borclu mülkiyyətində olan “VAZ21063” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı və X3 mülkiyyətində olan “VAZ21013” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına artıq heç bir zərurət qalmamışdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə əmlakın üzərindəki həbsin götürülməsi onun gələcəkdə icrasına da çətinlik yaratmır. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “VAZ 21063” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı və X3 mülkiyyətində olan “VAZ21013” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə Bərdə rayon Məhkəməsinin 8(021)-231/2013 saylı 22 may 2013-cü il tarixli qərardadı ilə qoyulmuş həbs götürülsün. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar