Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-623/2023 21.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi Məhkəmə iclas katibi Hüseynli Nicat Sayad oğlunun katibliyi, İcra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məhəmmədəli Qasımzadə təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə Borclu məxsus “VAZ 2101” minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, X1 2(104)-410/2021 saylı, 17 iyun 2021-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 5675 manat məbləğində kredit borcu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. X1 2(104)-410/2021 saylı, 17 iyun 2021-ci il tarixli icra sənədinin icrası zamanı qeyd olunan icra vərəqəsi üzrə Borclu məxsus olan “VAZ 2101” minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillərin olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, borclu, tələbkar və Bərdə Rayon İcra və probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Borclu cəmi 5675 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə Borclu borcunun 5675 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, Borclu məxsus “VAZ 2101” minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363-364, 367-368-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. X1 2(104)-410/2021 saylı, 17 iyun 2021-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “VAZ 2101” minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №8(021)-623/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-623/2023
21.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver