Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-640/2023 17.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə, Tələbkar Unibank KB ASC-nin Bərdə Rayon Məhkəməsinin 2(021)-1797/2015 saylı, 06 dekabr 2015-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tələbkar Unibank KB ASC ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayon məhkəməsinin 2(021)-1797/2015 saylı, 06 dekabr 2015-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, tələbkar Unibank KB ASC-nin ərizəsi geri qaytarılmalıdır. Belə ki, tələbkar ərizəni onunla əsaslandırmışdır ki, sözügedən icra sənədinin icrası müxtəlif səbəblərdən təmin edilməmiş, qeyd olunan icra sənədləri üzrə borc məbləğini ödəmək üçün borclunun iş yeri və maliyyə vəsaitləri olmasına baxmayaraq, icra sənədi icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Buna görə də, Bərdə rayon məhkəməsinin 2(021)-1797/2015 saylı, 06 dekabr 2015-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, ərizəyə icra sənədinin geri qaytarılması barədə qərar əlavə edilməmişdir. Əgər icra sənədi geri qaytarılmışdırsa, ərizəsinin xahiş etdi hissəsində də, həmin icra sənədinin geri qaytarılması barədə qərarın ləğv olunması xahiş edilməlidir. İcra sənədinin məhkəməyə geri qaytarılması barədə qəbul olunmuş qərar ləğv olunmadan onun yenidən icraya yönəldilməsi düzgün olmayan xahişdir. Hazırkı vəziyyətdə isə icra sənədinin geri qaytarılıb-qaytarılmaması məlum deyildir. Odur ki, ərizə düzgün formada tərtib olunmamışdır. Belə olan halda məhkəmə ərizənin geri qaytarılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci madddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə iddia ərizəsi geri qaytarılır. Məhkəmə həmçinin qeyd edir ki, ərizəyə əlavə olunmuş etibarnamə lazımi qaydada təqdim olunmayaraq kserosurətdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi ərizəyə təmin olunması üçün mötəbər sübutlar əlavə olunmadığna görə hazırkı ərizə qeyri–müəyyən formada məhkəməyə təqdim olunmuşdur. Onu da nəzərə almaq lazımdır ki, icra prosesi məhkəmə icraat mərhələsinə aiddir. Məhkəmə hesab edir ki, tələbkar Unibank KB ASC-nin Bərdə Rayon Məhkəməsinin 2(021)-1797/2015 saylı, 06 dekabr 2015-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Tələbkar Unibank KB ASC-nin Bərdə Rayon məhkəməsinin 2(021)-1797/2015 saylı, 06 dekabr 2015-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №8(021)-640/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-640/2023
17.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver