Məhkəmə qərarları › İş №8(021)-646/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-646/2023

29.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-646/2023 29.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim X*, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, təqdimat verən şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X20, Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X*5 iştirakları ilə, Borclu "xxxx" X** məxsus əmlak üzərinə həbs qoyulması barədə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının müzakirəsinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: Bərdə Rayon Məhkəməsinin *3 oktyabr 20*5-ci il tarixli, 2(02*)-27*5/20*5 saylı qətnaməsi əsasında *7 noyabr 20*5-ci il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X29 ilə "xxxx" ASC arasında bağlanmış 27 noyabr 20*4-cü il tarixli 27/**/20*4/4 saylı, X*6 ilə "xxxx" ASC arasında bağlanmış 27 noyabr 20*4-cü il tarixli 27/**/2/*4/3 saylı və 27 noyabr 20*4-cü il tarixli 27/**/20*4/5 saylı, "xxxx" KİF ilə Nikoyl İKB ASC arasında bağlanmış 27 noyabr 20*4-cü il tarixli 27/**/20*4/2 saylı daxili maliyyə lizinq obyektinin alqı-satqı müqavilələri və X*3 ilə Nikoyl İKB ASC arasında bağlanmış 0* dekabr 20*4-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Nikoyl İKB ASC-nin adına verilmiş 20 dekabr 20*4-cü il tarixli RX ******* saylı Çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanda 0.06 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının X25 qaytarılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Nikoyl İKB ASC-nin adına verilmiş *7 dekabr 20*4-cü il tarixli RX ******* saylı və RX ******* saylı Çıxarışların ləğv edilməsi, Bərdə şəhəri Şəhriyar küçəsi döngə **-də yerləşən 0,05 hektar torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli 2 nömrəli fərdi yaşayış evinin və Bərdə şəhəri Bakı küçəsində yerləşən 0.06075 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının X*2 qaytarılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Nikoyl İKB ASC-nin adına verilmiş *7 dekabr 20*4-cü il tarixli RX ******* saylı Çıxarışın ləğv edilməsi, Bərdə şəhəri H.Əliyev prospekti (keçmiş Nizami küçəsində) 0,66 ha torpaq sahəsində yerləşən * mərtəbəli, 6 girişli, 528.40 kv.m ümumi, *26,40 kv.m əsas, 402 kv.m köməkçi sahədən ibarət *25 nömrəli qeyri-yaşayış binasının "xxxx" KİF-na qaytarılması; -Qarşlıqlı iddianın qismən təmin edilməsi, Nikoyl İKB ASC tərəfindən müqavilə üzrə X22 hesabına köçürülmüş 270.000 manat məbləğində pulun X2* alınaraq Nikoyl İKB ASCyə verilməsi, Nikoyl İKB ASC tərəfindən müqavilə üzrə X9 hesabına ödənilmiş *,625,000 manat məbləğində pulun X6 alınaraq Nikoyl İKB ASC-yə verilməsi, Nikoyl İKB ASC tərəfindən müqavilə üzrə "xxxx" KİF-na ödənilmiş *62.870 manat məbləğində pulun "xxxx" KİF-dan alınaraq Nikoyl İKB ASC-yə verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin icrasının Çıxarışların ləğvi hissədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə tapşırılması qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məhəmmədəli Qasımzadə məhkəməyə təqdimatla müraciət edərək icra sənədinin icrasını təmin etmək məqsədilə "xxxx" KİF-in mülkiyyətindəki Bərdə rayonu Qaradağlı kəndində yerləşən ümumi sahəsi 34*4,3 kv.m sahəsi olan əmlak kompleksinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məhəmmədəli Qasımzadə təqdimatını onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 2(02*)-27*5/20*5 nömrəli icra sənədi 20.**.20*5-ci ildə icraatına daxil olmuşdur. Bərdə Rayon Məhkəməsinin 2(02*)-27*5/20*5 nömrəli, *3.*0.20*5-ci il tarixli icra sənədi üzrə borclular X2* 270.000 manat, X2 *.625000 manat, "xxxx" KİF-dən *62.870 manat alınaraq tələbkar "xxxx" ASCnin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar 20.**.20*5-ci il tarixi icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borclulara göndərilmişdir. Borclular tərəfindən onlara verilmiş könüllü icra müddətində icra sənədində göstərilən tələb təmin edilməmişdir. Elektron icra sistemindən çıxarışdan borclu "xxxx" KİF-in mülkiyyətində Bərdə rayon Qaradağlı kəndində yerləşən ümumi sahəsi 34*4.3 kv.m sahəsi olan əmlak kompleksinin olduğu göstərilmişdir. Məhkəmə iclasında təqdimat verən şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X28 təqdimatda göstərdiklərinə uyğun izahat verərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Tələbkar ASC-nin nümayəndəsi X23 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin *3.*0.20*5-ci il tarixli 2(02*)-27*5/20*5 saylı icra sənədi üzrə borclular X2* 270000 manat, X2 *625 000 manat, "xxxx" KİF-dan *62870 manat alınaraq Tələbkar ASCnin xeyrinə ödənilməlidir. Qətnamə 20*5-ci ildə qəbul edilsə də, uzun müddətdir icrasız qalmışdır. İcra məmurunun həbs qoyulmasını tələb etdiyi əmlak kompleksi borclu "xxxx" KİF-nın hazırda ləğv prosesində olan "xxxx" KB ASC-nə olan borcuna görə ipoteka ilə yüklü edilmişdir. Bu barədə məhkəmə qətnaməsi də mövcuddur. Hazırkı təqdimatla icra məmuru əvvəllər də məhkəməyə müraciət etmiş, Bərdə Rayon Məhkəməsi əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul etsə də, Gəncə Apellyasiya Məhkəməsinin qərardadına əsasən Bərdə Rayon Məhkəməsinin qərardadı ləğv edilmişdir. Ləğv edilmənin səbəbi kimi isə əmlak kompleksinin "xxxx" KB ASC-nə olan borcuna görə ipoteka ilə yüklü olması olmuşdur. Ona görə də hesab edir ki, təqdimat əsassızdır və təmin edilməməsini xahiş edir. Məhkəmənin 07 noyabr 2023-cü il tarixli iclasında dindirilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X*0 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin *3.*0.20*5ci il tarixli 2(02*)-27*5/20*5 saylı icra sənədi üzrə borclular X2* 270000 manat, X2 *625 000 manat, "xxxx" KİF-dan *62870 manat alınaraq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Elektron icra sistemində borcluların əmlak vəziyyət yoxlanılan zaman borclu "xxxx" KİF-nın mülkiyyətində Bərdə rayonu Qaradağlı kəndi ərazisində ümumi sahəsi 34*4,3 kv.m. olan əmlak kompleksi aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə həmin əmlakın üzərinə həbs qoyulması ilə əlaqədar olaraq məhkəməyə təqdimat vermişdir. Həmin əmlak kompleksi "xxxx" KİF-nın hazırda ləğv prosesində olan "xxxx" KB ASC-yə olan borcuna görə ipoteka ilə yüklü edilsə də, hərrac zamanı "xxxx" KB ASC icra hərəkətlərinin dayandırılmasını xahiş etdiyindən icra hərəkətləri, o cümlədən hərrac dayandırılmışdır. Həmin əmlak kompleksi çörək zavodudur və hazırda fəaliyyət göstərir. Təqdimatın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmənin 07 noyabr 2023-cü il tarixli iclasında dindirilmiş Tələbkar ASC-nin nümayəndəsi X*7 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin *3.*0.20*5-ci il tarixli 2(02*)-27*5/20*5 saylı icra sənədi üzrə borclular X2* 270000 manat, X2 * 625 000 manat, "xxxx" KİF-dan *62870 manat alınaraq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Qətnamə 20*5-ci ildə qəbul edilsə də uzun müddətdir icrasız qalmışdır. İcra məmurunun həbs qoyulmasını tələb etdiyi əmlak kompleksi borclu "xxxx" KİF-nın hazırda ləğv prosesində olan "xxxx" KB ASC-nə olan borcuna görə ipoteka ilə yüklü edilmişdir. Bu barədə məhkəmə qətnaməsi də mövcuddur. Hazırkı təqdimatla icra məmuru əvvəllər də məhkəməyə müraciət etmiş, Bərdə Rayon Məhkəməsi əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul etsə də, Gəncə Apellyasiya Məhkəməsinin qərardadı ilə Bərdə Rayon Məhkəməsinin qərardadı ləğv edilmiş, ləğv edilmənin səbəbi kimi isə əmlak kompleksinin ipoteka ilə yüklü olması olmuşdur. "xxxx" KİF-nın mülkiyyətində başqa əmlaklar da var, icra məmuru məhkəmə qətnaməsinin icrasının daha real həyata keçirilməsi üçün həmin əmlakların üzərinə də həbs qoya bilərdi. Hansı səbəbdənsə icra məmuru *62870 manat borca görə 5000 000 manat qiymətləndirilmiş əmlak kompleksinin üzərinə həbs qoyulması barədə təqdimat vermişdir. Ona görə də hesab edir ki, təqdimat əsassızdır və təmin olunmamasını xahiş edir. Borclu "xxxx" KİF-na məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə təqdimata borclu "xxxx" KİF-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə olan təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin *3 oktyabr 20*5-ci il tarixli, 2(02*)-27*5/20*5 saylı qətnaməsi əsasında *7 noyabr 20*5-ci il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, məhkəmənin həmin qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı X29 ilə "xxxx" ASC arasında bağlanmış 27 noyabr 20*4-cü il tarixli 27/**/20*4/4 saylı, X*6 ilə "xxxx" ASC arasında bağlanmış 27 noyabr 20*4-cü il tarixli 27/**/2/*4/3 saylı və 27 noyabr 20*4-cü il tarixli 27/**/20*4/5 saylı, "xxxx" KİF-sı ilə Nikoyl İKB ASC arasında bağlanmış 27 noyabr 20*4-cü il tarixli 27/**/20*4/2 saylı daxili maliyyə lizinq obyektinin alqı-satqı müqavilələri və X*3 ilə Nikoyl İKB ASC arasında bağlanmış 0* dekabr 20*4-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Nikoyl İKB ASC-nin adına verilmiş 20 dekabr 20*4-cü il tarixli RX ******* saylı Çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanda 0.06 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının X25 qaytarılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Nikoyl İKB ASCnin adına verilmiş *7 dekabr 20*4-cü il tarixli RX ******* saylı və RX ******* saylı Çıxarışların ləğv edilməsi, Bərdə şəhəri Şəhriyar küçəsi döngə **-də yerləşən 0,05 hektar torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli 2 nömrəli fərdi yaşayış evinin və Bərdə şəhəri Bakı küçəsində yerləşən 0.06075 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının X*2 qaytarılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Nikoyl İKB ASC-nin adına verilmiş *7 dekabr 20*4-cü il tarixli RX ******* saylı Çıxarışın ləğv edilməsi, Bərdə şəhəri H.Əliyev prospekti (keçmiş Nizami küçəsində) 0,66 ha torpaq sahəsində yerləşən * mərtəbəli, 6 girişli, 528.40 kv.m ümumi, *26,40 kv.m əsas, 402 kv.m köməkçi sahədən ibarət *25 nömrəli qeyri yaşayış binasının "xxxx" KİF-na qaytarılması; -Qarşlıqlı iddianın qismən təmin edilməsi, Nikoyl İKB ASC tərəfindən müqavilə üzrə X22 hesabına köçürülmüş 270000 manat məbləğində pulun X2* alınaraq Nikoyl İKB ASCyə verilməsi, Nikoyl İKB ASC tərəfindən müqavilə üzrə X9 hesabına ödənilmiş *625000 manat məbləğində pulun X6 alınaraq Nikoyl İKB ASC-yə verilməsi, Nikoyl İKB ASC tərəfindən müqavilə üzrə "xxxx" KİF-na ödənilmiş *62870 manat məbləğində pulun "xxxx" KİF-dan alınaraq Nikoyl İKB ASC-yə verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin icrasının çıxarışların ləğvi hissədə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə tapşırılması qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “İcraata başlamaq haqqında” 20 noyabr 20*5-ci il tarixli qərarından görünür ki, iş üzrə icraata başlanılması, icra sənədi üzrə daxili maliyyə lizinq müqavilələrinin ləğvi iş üzrə müvafiq müqavilələr üzrə tərəflərə həvalə edilməsi, icra sənədi üzrə tərəflərə həvalə edilməsi, icra sənədi üzrə çıxarışların ləğv edilməsi hissədə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Ərazi İdarəsinə həvalə edilməsi, Daxili lizinq müqavilələri üzrə lizinq predmetlərinin müvafiq qaydada sahiblərinə qaytarılması Nikoyl İKB ASC-nə həvalə edilməsi, X2* 270000 manat, X2 *625000 manat, "xxxx" KİF-dan *62870 manat pulun tutularaq Nikoyl İKB ASC-nin xeyrinə ödənilməsi, icra işi üzrə tərəflər tələbi könüllü təmin etmədikdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82 və 84-cü naddələrinə müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. “Tələbin könüllü icrası haqqında” 20.**.20*5-ci il tarixli 3683/*5 saylı bildirişdən görünür ki, 20.**.20*5-ci il tarixli 3683 nömrəli qərarla icraata başlanılmış Bərdə Rayon Məhkəməsinin *3.*0.20*5-ci il tarixli 2(02*)-27*5/20*5 saylı icra sənədi üzrə tələbin təmin edilməsi üçün "xxxx" KİF-na *0 gün müddətində vaxt verilmiş, bu müddətdə tələb üzrsüz səbəbdən icra edilmədikdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79, 8* və 84-cü maddələrinə müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin *0 avqust 2022-ci il tarixli 2-2(*04)-29/2022 saylı cra vərəqəsindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 24.09.202*-ci il tarixli e-2- (**5)-*0/202* saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Ləğv prosesində olan "xxxx" X3* Səhmdar Cəmiyyəti ilə “Rəşad" X*4 arasında bağlanmış 22.08.20*2-ci il tarixli *35 nömrəli kredit müqaviləsi üzrə *76972 manat 07 qəpik əsas borc, 2790 manat 6* qəpik faiz borcu, 2000 manat cərimə borcu, cəmi *8*762 manat 68 qəpik məbləğində borc və 04.**.20*4-cü il tarixli 35 nömrəli kredit müqaviləsi üzrə *209025 manat 30 qəpik əsas borc, *29*93 manat 42 qəpik faiz borcu, cəmi *3382*8 manat 72 qəpik məbləğində olmaqla, ümumilikdə *5*998* manat 40 qəpik məbləğində borc, məhkəməyə idddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh "xxxx" X5 iddiaçı Ləğv prosesində olan "xxxx" X3* Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələb üzrə tutmanın cavabdeh "xxxx" X8 mülkiyyətində olan Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.742 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksinə yönəldilməsi, həmin əmlak kompleksinin açıq hərracdan satılması, əmlak kompleksinin ilkin satış qiymətinin ******* manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçı Ləğv prosesində olan "xxxx" X3* Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdeh "Rəşad” X3ytarılması, əmlak kompleksinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdeh "xxxx" X5 tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" X3* Səhmdar Cəmiyyətinə ödənilməsi, açıq hərrac keçirildikdən bir ay sonra əmlak kompleksinin boşaldılması, 435 manat məbləğində ekspertiza xərcinin və 500 manat məbləğində qiymətləndirmə haqqının "xxxx" X5 tutularaq müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin və “AB Consulting" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesablarına ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi ilə bağlı qətnaməsi üzrə, iddiaçı Ləğv prosesində olan "xxxx" Kommersiya Bankı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh "xxxx" X8 apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 24.09.202*-ci il tarixli 2-2(**5)-*0/202* saylı qətnaməsi qismən-Bərdə rayonu Qaradağlı kəndində 0,742 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 34*4,3 kv.m olan əmlak kompleksinin illik satış qiymətinin ******* manat həddində müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Bərdə rayonu Qaradağlı kəndində 0,742 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 34*4,3 kv.m olan əmlak kompleksinin bazar dəyərinin ******* (beş milyon səkkiz yüz yetmiş yeddi min) manat, likvid dəyərinin ******* (beş milyon beş yüz min) manat həddində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 8(02*)-*2*/2020 saylı qərardadından görünür ki, təqdimat təmin edilmiş, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra sənədi üzrə borclu "xxxx" KİF-nın adına Bərdə rayonu Qaradağlı kəndində 2 mərtəbəli Çörək Zavodu, * mərtəbəli şirniyyat evi və * mərtəbəli gözətçi binası ilə birlikdə 34*4,3 m2, 0,742 ha torpaq sahəsinin üzərinə həbs qoyulması, tələbin Bərdə rayonu Qaradağlı kəndində yerləşən 2 mərtəbəli Çörək Zavodu, * mərtəbəli şirniyyat evi və * mərtəbəli gözətçi binası, ümumilikdə 34*4,3 m2, 0,742 ha torpaq sahəsinə yönəldilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qərardadından görünür ki, "xxxx" KİF-nın nümayəndəsi X7 şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 8(02*)-*2*/2020 saylı qərardadı və bu qərardad əsasında çıxarılmış 09 iyul 2020-ci il tarixli 8(02*)-*2*/2020 saylı qərardadı ləğv edilmiş, təqdimat təmin edilməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" KİF-in mülkiyyətində olan Bərdə rayonu Qaradağlı kəndində yerləşən ümumi sahəsi 34*4,3 kv.m sahəsi olan əmlak kompleksi Gəncə Kommersiya Məhkəməsinin 24.09.202*-ci il tarixli e-2-2(**5)-*0/202* saylı qətnaməsi ilə Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Yəni, Bərdə rayonu Qaradağlı kəndində yerləşən ümumi sahəsi 34*4,3 kv.m sahəsi olan əmlak kompleksi artıq "xxxx" ASC ilə kredit müqaviləsi bağlanana qədər "xxxx" ASC-nin xeyrinə hüququ yüklü edilmişdir. Bundan başqa "xxxx" KİF-nın "xxxx" ASC-nə olan *62870 (bir yüz altmış iki min səkkiz yüz yetmiş) manat borcuna görə bazar dəyəri ******* (beş milyon səkkiz yüz yetmiş yeddi min) manat həddində müəyyən edilmiş "xxxx" KİF-in mülkiyyətindəki Bərdə rayonu Qaradağlı kəndində yerləşən ümumi sahəsi 34*4,3 kv.m sahəsi olan əmlak kompleksi üzərinə həbs qoyulması məqsədə uyğun deyildir. İcra şöbəsi *62870 (bir yüz altmış iki min səkkiz yüz yetmiş) manat borca görə borclu müəssisənin dəyəri daha az olan və realizə edilməsi daha real olan əmlakını müəyyən edib üzərinə həbs qoyulması əvəzinə, dəyəri faktiki borc məbləğindən on dəfələrlə baha olan və realizə edilməsi demək olar ki, mümkün olmayan əmlakın üzərinə həbs qoymaqla həmin məhkəmə qərarının icra perspektivini qeyri-müəyyənliyə yönəltmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin borclu "xxxx" KİF-in mülkiyyətindəki Bərdə rayonu Qaradağlı kəndində yerləşən ümumi sahəsi 34*4,3 kv.m olan əmlak kompleksinin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Borclu "xxxx" X** məxsus əmlak üzərinə həbs qoyulması barədə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan *0 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar