Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-65/2024 19.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X3 məhkəməyə təqdimat verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1450/2023 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1450/2023 saylı icra sənədinə əsasən xx.xx.1974-cü ildə Bərdə rayonunda anadan olmuş , Bərdə rayonu Mollalı kəndində yaşayan Borclu 20999 manat pul vəsaiti və 152 manat tutularaq tələbkar X4 Kompleksi MMC -nin xeyrinə tutulmalıdır. Borclu borcun könüllü icrası üçün xəbərdar olunmuş, lakin borclu tərəfindən tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Təqdimata baxılmasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərəflərə məlumat verilmiş, lakin tərəflər və icra məmuru məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə olunmuş Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1450/2023 saylı icra sənədindən görünür ki, X4 Kompleksi MMC ilə Borclu arasında bağlanmış 28 yanvar 2021-ci il tarixli 442 nömrəli 2021-ci il mövsümü üzrə xam – pambığın alqı-satqısına dair müqavilə üzrə yaranmış 20399 manat məbləğində pul, 400 manat cərimə olmaqla 204799 manat pul və ödənilmiş 200 manat mediasiya xərci tutularaq tələbkar X4 Kompleksi MMC -nin xeyrinə tutulmalıdır. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Borclu borcun könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Borclu tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1450/2023 saylı icra sənədi üzrə Borclu icra sənədi üzrə yaranmış borcunu könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etməmişdir. İcra sənədinin vaxtında borclu tərəfindən könüllü icra edilməməsi, onun Azərbaycan Respublikası ərazisini tərk etmək ehtimalının olması və bunun nəticəsində məhkəmənin icra sənədinin icrasız qalmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni borcunu tam şəkildə ödəyənə kimi məhdudlaşdırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1450/2023 saylı icra sənədi üzrə xx.xx.1974-cü ildə Bərdə rayonunda anadan olmuş , Bərdə rayonu Mollalı kəndində yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(021)-65/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-65/2024
19.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver