Məhkəmə qərarları › İş №8(021)-689/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-689/2023

04.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-689/2023 04.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nicat Sayat oğlunun katibliyi ilə, Bərdə Rayon İcra Şöbəsinin icra məmurunun Bərdə Rayon Məhkəməsinin 2(021)- 1025/2022 nömrəli 18 iyul 2022-ci il tarixli icra sənədinə əsasən borclunun əmlakı üzərindən həbsin götürülməsi barədə təqdimatına Bərdə Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra Şöbəsinin icra məmuru Validə Hümbətova məhkəməyə təqdimatla müraciət edərək Bərdə Rayon Məhkəməsinin 2(021)-1025/2022 nömrəli 18 iyul 2022-ci il tarixli icra sənədinə əsasən Borclu mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilsə də məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-1025/2022 nömrəli 18 iyul 2022-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın saxlanılması üçün 280 manat alınaraq tələbkar X1 xeyrinə ödənilməlidir. Bərdə Rayon Məhkəməsinin 2(021)-1025/2022 nömrəli 18 iyul 2022-ci il tarixli icra sənədinə əsasən Borclu mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Məhkəmə işdə olan sənədləri araşdırıb belə hesab edir ki, təqdimat təmin edilməli Bərdə Rayon Məhkəməsinin 2(021)-1025/2022 nömrəli 18 iyul 2022-ci il tarixli icra sənədi üzrə görülmüş icra tədbirləri ləğv edilməli, Borclu mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin üzərindən həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267-ci maddələrinirəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-1025/2022 nömrəli 18 iyul 2022-ci il tarixli icra sənədi üzrə görülmüş icra tədbirləri ləğv edilməli, Borclu mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar