Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-692/2023 15.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 iclas kаtibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-1827/2023 nömrəli icra vərəqəsi üzrə tələbin əmlaka yönəldilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)- 1827/2023 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə tələbin borc məbləği həddində Borclu məxsus olan “VAZ 21060” minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraatına Bərdə Rayon Məhkəməsinin e-2(021)-1827/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi daxil olmuşdur. Həmin icra sənədlərinə əsasən Borclu və X4 müştərək qaydada cəmi 5660 manat kredit borcu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Elektron İcra Sistemindən çıxarışda göstərilir ki, Borclu məxsus olan "VAZ 21060 minik" markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir. "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərinə daxil edilmişdir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-1827/2023 nömrəli icra sənədindən görünür ki, iddiaçı "ExpressBank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Borclu və X6 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər Borclu və X4 müştərək qaydada 25 may 2022-ci il tarixli, 900804-301235/2 nömrəli kredit müqaviləsi üzrə 4915.83 manat məbləğində əsas borc və 668.3 manat faiz borcu olmaqla ümumilikdə 5584.13 (beş min beş yüz səksən dörd manat on üç qəpik) manat kredit borcu və ödənilmiş 76.30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İş materiallarında olan Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qəbul edilmiş qərardan görünür ki, “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş, daha sonra xəbərdarlıq borcluya göndərilmiş, müxtəlif orqanlara sorğular verilmişdir. İş materiallarında olan Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən 23 oktyabr 2023-cü il tarixdə qəbul edilmiş borclunun əmlakı üzərinə həbs qoyulması haqqında qərardan görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1827/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1998-ci il təvəllüdlü, ünvan 1i ünvanında yaşayan Borclu mülkiyyətində olan "VAZ 21060 minik" markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, Qərarın icrası Baş Dövlət Yol Polisi İdarəsi Yevlax RQİ və TBŞ-yə həvalə edilməsi, Borclunun əmlakı üzərinə həbs qoyulması barədə 24 saat müddətində məhkəməyə məlumat verilməsi qərara alınmışdır. İş materiallarında olan Borclu barəsində edilmiş Elektron İcra Sistemindən çıxarışda görünür ki, Borclu məxsus “VAZ 21060” minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçir. Məhkəmə Borclu borcunun məbləğini və mülkiyyətində olan “VAZ 21060” minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiymətinin qətnamənin icrasını təmin edə biləcəyini nəzərə alaraq hesab edir ki, “VAZ 21060” minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1 və 43.1.1-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-1827/2023 nömrəli icra sənədi üzrə tələb borc məbləği həddində Borclu adına qeydə alınmış, “VAZ 21060” minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin və həmin avtomobilin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-692/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-692/2023
15.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver