Məhkəmə qərarları › İş №8(021)-70/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-70/2024

15.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-70/2024 15.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, İcra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin icrasının təmin edilməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək Bərdə rayon Məhkəməsinin 2(021)-940/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə tələbin borc məbləği hədində Borclu məxsus olan Bərdə rayonu, Şorəlli kəndi 0,49 ha əkin sahəsinə yönəldilməsi, həmin əmlakın üzərinə tələb həddində həbs qoyulması, tələbin əmlaka yönəldilməsi, əmlakın açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına icra sənədində göstərilən tələbin icrasının təmin edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatını onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraatına Bərdə rayon Məhkəməsinin 2(021)-940/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi daxil olmuşdur. Həmin icra sənədinə əsasən borclu X6, Borclu və X2 müştərək qaydada cəmi 6264,95 manat borc və 83,08 maant dövlət rüsumu tutularaq tələbkar LPO "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icraı haqqında bildiriş borcluya göndərilmişdir. Borclu tərəfindən ona verilmiş könüllü icra müddətində icra sənədində göstərilən tələb təmin edilməmişdir. Elektron İcra Sistemindən çıxarışdan müəyyən edilir ki, Borclu məxsus olan Bərdə rayonu, Şorəlli kəndində 0,49 ha əkin sahəsi qeydiyyatdan keçmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, icra işinin materiallarını və əlavə edilmiş sənədləri araşdırıb, hesab edir ki, təqdimat təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-940/2023 nömrəli icra vərəqəsindən görünür ki, cavabdehlər X3, Borclu və X2 müştərək qaydada 6102,91 manat əsas, 78,96 manat faiz borcu olmaqla, cəmi 6181,87 manat kredit borcu və ödənilmiş 83,08 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından və bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borcluya tələbin könüllü icra olunması üçün 10 gün müddət verilmişdir. Məhkəmə hesab edir ki, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu məxsus Bərdə rayonu, Şorəlli kəndi 0,49 ha əkin sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatı təmin oluna bilməz. Belə ki, “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli qərarına əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Təqdimatdan da göründüyü kimi torpaq sahəsinin ölçüsü 0,49 ha təşkil etdiyindən və kənd təsərrüfatı təyinatlı torpaq olduğundan həmin əmlaka tələbin yönəldilməsi qanunvericiliklə mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Həmin Qanununun 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bərdə rayon Məhkəməsinin 2(021)-940/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Bərdə rayonu, Şorəlli kəndində yerləşən 0,49 ha əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 363-364, 367-368ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Borclu məxsus Bərdə rayonu, Şorəlli kəndində yerləşən 0,49 ha əkinə yararlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar