Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-711/2023 04.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi Məhkəmə iclas katibi Hüseynli Nicat Sayad oğlunun katibliyi, İcra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Validə Hümbətova təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə Borclu məxsus “Mersedes Benz R270 CDİ” minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 2(021)3958/2021 saylı 27 dekabr 2021-ci il tarixli icra sənədinə əsasən Borclu və X1 cəmi 1949 manat məbləğində kredit borcu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bərdə Rayon Məhkəməsinin 2(021)3958/2021 saylı 27 dekabr 2021-ci il tarixli icra sənədinin icrası zamanı qeyd olunan icra vərəqəsi üzrə Borclu məxsus “Mersedes Benz R270 CDİ” minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, borclu, tələbkar və Bərdə Rayon İcra və probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmamalıdır. Belə ki, iş materiallarından görünür ki, Borclu məxsus “Mersedes Benz R270 CDİ” minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil barədə heç bir sübut mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363-364, 367-368-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №8(021)-711/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-711/2023
04.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver