Məhkəmə qərarları › İş №8(021)-715/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-715/2023

04.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-715/2023 04.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədirliyi, Məhkəmə iclas katibi Hüseynli Nicat Sayat oğlunun katibliyi, X1 Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmurunun qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X1 Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmurunun qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Bərdə rayon Kolayır kənd sakini olan X15 2013-cü ildə ondan 3500 manat pulu borc olaraq almış, lakin heç bir üzürlü səbəb olmadan onu vəd etdiyi və razılaşdıqları müddətdə qaytarmamışdır. Odur ki, 2015-ci ildə cavabdeh X13 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsi (hakim Ağarza Səmədov) 28 avqust 2015-ci il tarixli, 2(021)- 1890/2015 saylı qətnaməsi ilə qət etmişdir ki, iddia təmin edilsin. Cavabdeh X7 3500 (üç min beş yiiz) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 manat alınaraq iddiaçı X4 verilsin. Qətnamə qanuni qüvvəyə mindiyinə görə onun icra olunması üçün Bərdə Rayon Məhkəməsi tərəfindən 28 avqust 2015-ci il tarixli, 2(021)-1890/2015 saylı İcra sənədi verilərək icranın həyata keçirilməsi Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Lakin borclu X15 məhkəmənin sözügedən qətnaməsini icra etməkdən boyun qaçırmaq məqsədi ilə daimi yaşayış və qeydiyyat yeri olan Bərdə rayonu Kolayır kəndini tərk edərək Bakı şəhərində naməlum ünvanlarda yaşamışdır. Odur ki, Bərdə Rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli, 8(021)-696/2015-ci il tarixli qərardadı ilə onun Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, daha sonra isə Bərdə rayonu İcra və Probasiya şöbəsinin 11 may 2016-cı il tarixli qərarı ilə X15 barəsində axtarış elan edilmiş və axtarışın icrası Bərdə rayon polis şöbəsinə tapşırılmışdır. Görülmüş tədbirlərə baxmayaraq onun tapılması mümkün olmamış, beləliklə də məhkəmənin qətnaməsini icra etdirmək mümkün olmamışdır. X15 25 iyul 2019cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra qanuni vərəsələri (varisləri) olaraq həyat yoldaşı X6 və oğlu X17 qalmışdır. Həmin vərəsələr mərhum X11 vəfatından sonra onun miras qalmış əmlaklarını, o, cümlədən də Kolayır kəndindəki evini, onun həyətyanı torpaq sahəsini, mal-qarasını, pay torpağını və s. istifadə və idarə etməklə onun mirasına sahiblənmişlər. Odur ki, onların hər ikisindən dəfələrlə xahiş və tələb etmişdir ki, vəfat etmiş borclunun varisləri kimi mərhum X11 ona olan 3530 manat borcunu ödəsinlər. Lakin onların hər ikisi heç bir üzürlü səbəb olmadan borcu ödəməkdən qəsdən boyun qaçırırlar. Lakin Bərdə rayon İcra və Probasiya şöbəsi həmin şöbənin icra məmuru X8 şəxsində qanunsuzluq edərək borclu X11 tələbin yönəldilə biləcəyi əmlakının, qiymətli əşyalarının və digər gəlirlərinin aşkar edilməməsi əsası ilə icra sənədi 13 fevral 2018-ci il tarixli qərarla Bərdə Rayon Məhkəməsinə qaytarılmışdır. İcra məmuru Sadiq Həsənov bu qərarın mövcudluğunu uzun müddət ondan gizlin saxlamışdır və qərarın surətini ona göndərməmişdir. Həmin icra işi ilə əlaqədar 2018-2023-cü illərdə dəfələrlə icra məmuru Sadiq Həsənovun və Bərdə rayon İcra və Probasiya şöbəsinin rəisi Rusif Quliyevin qəbulunda olmuş və onlardan tələb etmişədir ki, icra sənədini borclunun vərəsələrinə yönəltməklə icra etsinlər. Lakin onların heç biri ona bildirməmişdir ki, icra sənədi hələ 2018-ci ildə məhkəməyə qaytarılmışdır. Şikayətlərindən və israrlı tələblərimdən sonra Sadiq Həsənov və Rusif Quliyev ona bildirməyə məcbur olmuşlar ki, icra sənədini hələ 2018-ci ildə məhkəməyə qaytarmışlar. Yenə də israrlı tələblərindən sonra onlar 17 mart 2023-cü il tarixdə icra sənədinin məhkəməyə qaytarılmasına dair 13 fevral 2018-ci il tarixli qərarın surətini ona vermişlər. Odur ki, onun tərəfindən icra məmurunun həmin qərarından Bərdə Rayon Məhkəməsinə 28 mart 2023-cii il tarixli şikayət verilərək qərarın ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi xahiş edilmişdir. Bərdə Rayon Məhkəməsinin 8(021)-247/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qərardadı ilə ərizəsi və ona əlavə eidlmiş sənədlər geri qaytarılmışdır, (hakim Qamət Əbilov). Tərəfimdən Bərdə Rayon Məhkəməsinin həmin qərarından 22 aprel 2023-cü il tarixli şikayət verilərək onun ləğv edilməsi xahiş edilmişdir. Bərdə Rayon Məhkəməsinin 8(021)- 247/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir (yenə də hakim Qamət Əbilov). Gəncə Apellyasiya Məhkəməsinin 8(104)-83/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qərardadı ilə şikayəti təmin edilərək Bərdə Rayon Məhkəməsinin 8(021)- 247/2023 saylı iş üzrə 31 mart 2023-cü il tarixli qərardadı tam, həmin qərardadla bağlı olan 26 aprel 2023-cü il tarixli qərardadı isə qismən - şikayətin təmin edilməməsi hissəsində ləğv edilmiş və tərəfindən icra məmurunun qərarından verilmiş şikayətə yenidən baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılmışdır. Bərdə Rayon Məhkəməsinin (yenə də hakim Qamət Əbilov) 2(021)-247/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qərardadı ilə qərara alınmışdır ki, X1 ərizəsi tənıin edilsin. Bərdə rayon icra və Probasiya şöbəsinin “icra sənədinin qaytarılması haqqında” 13 fevral 2018-ci il tarixli qərarı ləğv edilsin. Bərdə Rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli, 2(021)-1890/15 saylı icra sənədi yenidən icraya yönəldilsin ”. Lakin Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Sadiq Həsənov Azərbaycan Respublikasının adından çıxarılmış həmin qərardada, dövlətimizin Konstitusiyasına, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa və məhkəməyə hörmətsizliyini, saymamazlığın, həmçinin ona qarşı qərəzliliyini davam etdirərək heç bir icra tədbiri görmədən 18 oktyabr 2023- cü il tarixli qərarı ilə qərara almışdır ki, “Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş 2(021)-1890/15 saylı 28 avqust 2015-ci il tarixli icra sənədi həmin məhkəməyə qaytarılsın.” Qanunsuzluqlar etməkdə icra məmuru Sadiq Həsənovdan geri qalmayan Bərdə rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Rusif Quliyev həmin qərarı təsdiq etmiş və 18 oktyabr 2023-cü il tarixli müşaiyyət məktubu ilə icra sənədini icra məmurunun qərarı ilə birlikdə Bərdə Rayon Məhkəməsinə qaytarmışdır. Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru Sadiq Həsənovun 18 oktyabr 2023-cü il tarixli qərarında göstərilir ki, güya “Məhkəmə qərarı icraata daxil olduqdan sonra müəyyən olunmuşdur ki, Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş 2(021)-1890 saylı 28 avqust 2015-ci il tarixli icra sənədində borclunun vəfat etdiyindən anadan olduğu gün, ay, il elektron sistemdə uyğunsuzluq olduğundan, icra vərəqi ilə şəxsin portal çıxarışının əldə edilməsi nəticəsində vərəsəliyin müəyyən edilməsi mümkünsüz olur. Bərdə Rayon Məhkəməsinin 25 avqut 2023-cü il tarixli qərardadına əsasən iş üzrə borclu X9 vərəsələri ilə əvəz edilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası “İcra Haqqında” Qanunun 7-ci maddəsinin tələbləri pozulmuşdur. Göründüyü kimi icra məmurunun qərarını əsaslandırması məntiqsiz və savadsız ifadələrdən başqa bir şey olmamaqla qanunsuz və qərəzli qərardır. Vəfat etmiş borclu X11 anadan olduğu yeri, doğum tarixini, vəfat etdiyi gün, ay və il Elektron hökümət portalı vasitəsi ilə müəyyənləşdirmək icra məmuru Sadiq Həsənovun səlahiyyətindədir və vəzifə borcudur. X11 vərəsələri, miras əmlakları, mirasını hansı vərəsələrin qəbul etməsi məsələsini isə Bərdə rayon Kolayır kənd icra nümayəndəliyinə adi bir sorğu göndərməklə də həll edə bilərdi. Onun tərəfindən Bərdə rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 07 iyul 2023-cü il tarixli ərizəsi ilə ətraflı məlumat vermişdir ki, X15 nə vaxt vəfat etmiş, onun vərəsələri kimlərdir, kimlər vərəsəsi kimi onun hansı əmlaklarmı miras olaraq qəbul etmiş, onlara sahiblik və idarə edirlər. Həmin ərizəsinə bu barədə rəsmi sənədlərin sürətlərini də əlavə etmişdir. Onun öz təşəbbüsü ilə Bərdə rayon Vəkil Bürosu vasitəsi ilə ünvan 4 ünvanlanmış 03 noyabr 2023- cü il tarixli Vəkil sorğularına cavab olaraq Kolayır kənd icra nümayəndəliyinin və Kolayır bələdiyyəsinin 04 noyabr 2023cü il tarixli cavablarında bildirilir ki, “həqiqətən mərhum X11 vəfatından sonra onun miras əmlakını idarə edən, ondan miras qalmış evdə yaşayan və ailəyə məxsus pay torpağın əkibbecərən onunla vərəsələri - arvadı X6 və oğlu X16r.” Həmin rəsmi arayışlardan göründüyü kimi vəfat etmiş borclu X11 vərəsələri, ondan miras qalmış əmlakları, o cümlədən evi faktiki qəbul edən, onlara sahiblik və idarə edənlər məlumdur. Lakin icra məmuru Sadiq Həsənov “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 31-cü maddəsində nəzərədə tutulmuş qanuni tədbirləri qəsdən yerinə yetirmir, şöbənin rəisi Rusif Quliyev isə onun qanunsuz hərəkətlərinə göz yumur. "İcra haqqında” Azərbaycan Respublikası Qanunun 31-ci maddəsinə əsasən İcraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Şərh etdiyi səbəblərdən Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş 2(021)-1890/2015 saylı, 28 avqust 2015-ci il tarixli icra sənədinin həmin məhkəməyə qaytarılması barədə Bərdə rayon İcra və Probasiya şöbəsinin 18 oktyabr 2023-cü il tarixli qərarı məhkəmə tərəfindən ləğv edilərək icra sənədinin təkrarən yenidən icraya yönəldilməsi barədə məhkəmə aktı qəbul edilməlidir. Həmçinin də məhkəmə tərəfindən Xüsusi qərardad çıxarılaraq 2(021)- 1S90/2015 saylı icra sənədi üzrə icra məmuru Sadiq Həsənovun 2018-ci ildən hal- azıradək davam edən qanunsuz hərəkətləri və qanunsuz qərarlar qəbul etməsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliynə məlumat verilməlidir. İş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyindən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə X3 şikayətini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Məhkəmə hesab edir ki, icra sənədi qanunvericiliyin tələbləri pozulmaqla məhkəməyə qaytarıldığından, Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru Sadiq Həsənovun icra sənədinin qaytarılmasına dair 18 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-1890/2015 saylı 28 avqut 2015-ci il tarixli icra sənədi yenidən icraya yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutuaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Bərdə rayon İcra və probasiya şöbəsinin icra sənədinin qaytarılmasına dair 18 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-1890/2015 saylı 28 avqut 2015-ci il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar