Məhkəmə qərarları › İş №8(021)-716/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-716/2023

04.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-716/2023 04.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədirliyi, Məhkəmə iclas katibi Hüseynli Nicat Sayat oğlunun katibliyi, X1 Bərdə rayon İcra və probasiya Şöbəsinin 20 oktyabr 2023-cü il tarixli, 152759/20xx-xx- 10004 saylı qərarından şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xocalı Rayon Məhkəməsinin 2(070)-2/2020 saylı 24 iyul 2020-ci il tarixli icra sənədinə əsasən X4 övladları 30 iyul 2005-ci il təvəllüdlü X5 və 20 oktyabr 2012-vi il təvəllüdlü X6 ilə hər həftənin cümə, şənbə, habelə bayram günləri saat 15.00-dan 20.00-dək, hər həftənin bazar günləri isə saat 12.00-dan 16.00-dək ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi qərara alınmışdır. Xocalı Rayon Məhkəməsinin 2(070)-2/2020 saylı 24 iyul 2020-ci il tarixli icra sənədi icra edilməsi üçün Bərdə rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Bərdə rayon İcra və probasiya şöbəsinin 20 oktyabr 2023-cü il tarixli, 152759/20xx-xx- 10004 saylı qərarı ilə Xocalı Rayon Məhkəməsinin 2(070)-2/2020 saylı 24 iyul 2020-ci il tarixli icra sənədi icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayonu icra və probasiya şöbəsinə göndərilmişdir. X2 məhkəməyə şikayətlə müraciət edərək Bərdə rayon İcra və probasiya Şöbəsinin 20 oktyabr 2023-cü il tarixli, 152759/20xx-xx-10004 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, övladlarım ilə onun ünsiyyətdə olması barədə Xocalı Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(070)-2/2021 nömrəli qətnaməsi var. Həmin qətnamə icra olunmaq üçün 29 aprel 2021-ci İİ tarixdən icra olunmaq üçün Bərdə rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olsa da bugünə qədər icra edilməmişdir. Bərdə rayon İcra və Probasiya şöbəsində 20 oktyabr 2023-cü ildə həmin iş üzrə icra sənədinin Sabunçu rayon İcra və Probasiya şöbəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuzdur. Çünki keçmiş həyat yoldaşı Ağayeva Afət hal-hazırda da Bərdə rayonunda yaşayır, övladları da Bərdə rayon qeydiyyatndadır, Bərdə rayonunda məktəb oxuyurlar. Böyük övladı məktəbi bitirib ancaq kiçik övladı hazırda Bərdə rayon məktəbində təhsil alırdı, ancaq bir müddətdir ki, anası onu təhsildən yayındırıb, o, sadəcə onun övladları ilə görüşməyinə imkan verməməyi üçün belə bir saxta arayışı icraya təqdim edib ki, iş Sabunçu rayon İcra şöbəsinə göndərilsin ki, o, övladları ilə görüşə bilməsin. Həmçinin qeyd etmək istəyir ki, məhkəmə qərarı 2 il 6 aydan artıqdır ki, icra olunmur və övladları ilə onun görüşməsinə imkan verilmir. Bərdə rayon İcra və Probasiya şöbəsi də Xocalı rayon Məhkəməsinin qərarının icrasını təmin etməmişdir. Ona görə də Bərdə rayon İcra və Probasiya şöbəsi də maraqlıdır ki,bu iş onlardan alınıb verilsin başqa rayona. Ona görə bu qərar qanunsuz olduğu üçün onun ləğv olunması lazımdır. Yuxarıda göstərilənləri əsas tutaraq xahiş edir ki, Bərdə rayon İcra və Probasiya şöbəsinin 20 oktyabr 2023-cü ii tarixli 152759/20xx-xx-10004 nömrəli qərarı ləğv olunsun. Məhkəmə iclasın vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə borclu tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Xocalı Rayon Məhkəməsinin 2(070)- 2/2020 saylı 24 iyul 2020-ci il tarixli icra sənədinə əsasən X4 övladları 30 iyul 2005-ci il təvəllüdlü X5 və 20 oktyabr 2012-vi il təvəllüdlü X6 ilə hər həftənin cümə, şənbə, habelə bayram günləri saat 15.00-dan 20.00-dək, hər həftənin bazar günləri isə saat 12.00-dan 16.00-dək ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi qərara alınmışdır. Xocalı Rayon Məhkəməsinin 2(070)-2/2020 saylı 24 iyul 2020-ci il tarixli icra sənədi icra edilməsi üçün Bərdə rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Bərdə rayon İcra və probasiya şöbəsinin 20 oktyabr 2023-cü il tarixli, 152759/20xx-xx-10004 saylı qərarı ilə Xocalı Rayon Məhkəməsinin 2(070)-2/2020 saylı 24 iyul 2020-ci il tarixli icra sənədi icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayonu icra və probasiya şöbəsinə göndərilmişdir. X2 məhkəməyə şikayətlə müraciət edərək Bərdə rayon İcra və probasiya Şöbəsinin 20 oktyabr 2023-cü il tarixli, 152759/20xx-xx-10004 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Lakin tələbini sübut edə biləmiş, sübut kimi ərizəsinə heç bir sənəd əlavə etməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, X2 məhkəməyə şikayətlə müraciət edərək Bərdə rayon İcra və probasiya Şöbəsinin 20 oktyabr 2023-cü il tarixli, 152759/20xx-xx-10004 saylı qərarının ləğv edilməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutuaraq məhkəmə QƏRARAALDİ: X7 məhkəməyə şikayətlə müraciət edərək Bərdə rayon İcra və probasiya Şöbəsinin 20 oktyabr 2023-cü il tarixli, 152759/20xx-xx-10004 saylı qərarının ləğv edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar