Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-718/2023 12.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X15 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, X1, borclu Bərdə rayon Kolayır Bələdiyyəsinin sədri X6 iştirakı ilə, X1 Bərdə Rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədinin qaytarılması haqqında” 30 iyul 2020-ci il tarixli qərarının ləğv edilməsi və Bərdə Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(021)-2322/2019 saylı icra sənədinin yenidən icraya yönəldilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(021)-2322/2019 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, iddiaçı X3 xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək Bərdə rayon Kolayır Bələdiyyəsində baş mühasib vəzifəsində işlədiyi dövr üçün Bərdə rayon Kolayır Bələdiyyəsindən 5760 (beş min yeddi yüz altmış) manat əmək haqqı məbləğinin alınaraq ona verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(021)-2322/2019 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi 12 avqust 2019-cu il tarixdə icra edilməsi üçün Bərdə Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsində sözügedən icra sənədi əsasında xx.xx.2019-cu il tarixli İcraata başlamaq haqqında qərar qəbul edilmişdir. “İcra sənədinin qaytarılması haqqında” Bərdə Rayon İcra və Probasiya Şöbəsinin 30 iyul 2020-ci il tarixli qərarına əsasən Bərdə Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli 2 (021)-2322/2019 saylı icra sənədi icra edilmədən Bərdə Rayon Məhkəməsinə qaytarılmışdır. X2 məhkəməyə ərizə ilə müraciət edərək Bərdə Rayon İcra və Probasiya Şöbəsinin 30 iyul 2020-ci il tarixli qərardadının ləğv edilərək, Bərdə Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli 2(021)-2322/2019 saylı icra vərəqəsinin yenidən icraya yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(021)-2322/2019 saylı qətnaməsinə əsasən cavabdeh Bərdə rayon Kolayır Bələdiyyəsindən ümumilikdə 5760 manat əmək haqqı hesabına ona ödənilməsi qət edilmişdir. Cavabdeh Bərdə rayon Kolayır Bələdiyyəsi tərəfindən əmək haqqı borcundan cəmi 300 manat ona ödəniş edilmişdir. Həmin bələdiyyənin istifadəsində 30 hektardan yuxarı icarəyə verilmiş torpaq sahəsi və digər gəlir mənbəyi vardır. Buna baxmayaraq Bələdiyyə həmin əmək haqqını ödəmir və bələdiyyənin deməsi əsasında icra şöbəsi icra sənədini qanunsuz olaraq geri qaytarmışdır. Bu səbədən də icra işinin yenidən icraya yönəldilməsi zərurəti yaranmışdır. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra işinin geri qaytarılmasına dair qərarından 05 noyabr 2023-cü il tarixdə məlumatı olmuş və surətini icra şöbəsindən almışdır. Məhkəmə iclasında icra işi üzrə X2 ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında icra işi üzrə borclu Bərdə rayon Kolayır Bələdiyyəsinin sədri X10 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı X3 xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək Bərdə rayon Kolayır Bələdiyyəsində baş mühasib vəzifəsində işlədiyi dövr üçün Kolayır kənd Bələdiyyəsindən 5760 manat əmək haqqı alınaraq İntizar Balakişiyevaya verilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq tələbkara bir dəfə 300 manat, bir dəfə isə 200 manat olmaqla, cəmi 500 manat ödəmişdir. Bərdə rayon Kolayır Bələdiyyəsinin mülkiyyətində 77,50 ha torpaq sahəsi vardır və həmin torpaq sahəsi 2022-ci ildə müxtəlif şəxslərə icarəyə verilmişdir. Hazırda bələdiyyənin mülkiyyətində qeyd olunan torpaqdan başqa ayrı əmlakı yoxdur. Məhkəmənin 30 noyabr 2023-cü il tarixli iclasında dindirilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məçmuru X4 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra məmuru Sahil Rzayevin icraatında olmuşdur. Sorğular verilsə də, Bərdə rayon Kolayır Bələdiyyəsinin mülkiyyətində hər hansı bir əmlak aşkar edilməmişdir. Sorğulara cavab olaraq Kolayır Bələdiyyəsinin iki bank hesabı aşkar edilmiş, həmin hesablara pul köçürülmədiyindən hesablar bağlanmışdır. X9 mülkiyyətində əmlak olmadığından icra sənədi qanunamüvafiq qaydada Bərdə Rayon Məhkəməsinə geri qaytarılmışdır. Bərdə Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də Bərdə Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə olan ərizənin dəlilələrini araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin 30 iyul 2020-ci il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərarı əsassız olduğuna görə ləğv edilməli və icra sənədi yenidən icraya yönəldilməlidir. Belə ki, iş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli 2(021)-2322/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X3 xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək Bərdə rayon Kolayır Bələdiyyəsində baş mühasib vəzifəsində işlədiyi dövr üçün Bərdə rayon Kolayır Bələdiyyəsindən 5760 manat əmək haqqı alınaraq ona verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin “İcraata başlamaq haqqında” xx.xx.2019cu il tarixli qərarından görünür ki, iş üzrə icraata başlanılması, borcluya icranı 10 gün müddətində könüllü icra etməsi, icra könüllü təmin edilmədikdə məcburi icra tədbirləri görüləcəyə qərara alınmışdır. “İcra sənədinin qaytarılması haqqında” Bərdə Rayon İcra və Probasiya Şöbəsinin 30 iyul 2020-ci il tarixli qərarına əsasən Bərdə Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli 2(021)-2322/2019 saylı icra sənədi Bərdə Rayon Məhkəməsinə geri qaytarılmışdır. Həmin qərarın əsaslandırıcı hissəsində X9 üzərinə tələb yönəldilə biləcək əmlakının və gəlirinin müəyyən edilmədiyi göstərilmişdir. Bərdə Rayon Kolayır Bələdiyyəsinin Bərdə Rayon Məhkəməsinə ünvanlanan 05 dekabr 2023-cü il tarixli 40 nömrəli məktubunda göstərilmişdir ki, Kolayır Bələdiyyəsinin daşınar və daşınmaz əmlakı (bina, avtomobil, ofis avadanlıqları və.s.) mövcud deyildir. Kolayır Bələdiyyəsinin mülkiyyətində olan 77,50 ha torpaq sahəsi müsabiqə yolu ilə 2022ci ildə icarəyə verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bərdə Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(021)-2322/2019 saylı qətnaməsinə əsasən iddiaçı X3 xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək Bərdə rayon Kolayır Bələdiyyəsində baş mühasib vəzifəsində işlədiyi dövr üçün Kolayır Bələdiyyəsindən 5760 manat əmək haqqı məbləğinin alınaraq ona verilməsi qət edilmişdir. İcra sənədi 12 avqust 2019-cu ildə icra edilməsi üçün Bərdə Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, xx.xx.2019-cu ildə icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. İcra məmurunun 30 iyul 2020-ci il tarixli qərarına əsasən Bərdə Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli 2(021)-2322/2019 saylı icra sənədi icra edilmədən Bərdə Rayon Məhkəməsinə geri qaytarılmışdır. İcra sənədinin geri qaytarılmasına əsas kimi X9 mülkiyyətində heç bir əmlakın aşkar edilməməsi göstərilmişdir. Lakin təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bərdə rayon Kolayır Bələdiyyəsinin mülkiyyətində 77,50 ha torpaq sahəsi vardır. Bundan başqa icra sənədi geri qaytarıldıqdan sonra borclu tərəfindən tələbkara 500 manat məbləğində ödəniş edilmişdir ki, bununla da, borclu təşkilatın sözügedən borc məbləğini ödəmək iqtidarında olduğu müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş məhkəmə qərarları Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə məhkəmə qərarlarının mütləq icra edilməli olması ilə bağlı göstərmişdir ki, «Razılığa gələn dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Qeyd olunanlardan göründüyü kimi, Bərdə Rayon İcra və X14 Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli 2(021)-2322/2019 saylı icra sənədinin icra edilməsi üçün bütün zəruri tədbirləri həyata keçirməmiş, X9 mülkiyyətində 77,50 ha torpaq sahəsi olduğu halda tələbin həmin əmlakın hesabına ödənilməsini təmin etmək yerinə, əmlakın müəyyən edilməməsi haqqında formal aktlar tərtib edərək icra sənədini icra etmədən Bərdə Rayon Məhkəməsinə geri qaytarılmışdır. Bu isə Azərbaycan Respublikasının adından çıxarılmış məhkəmə qərarının əsassız olaraq icra edilməməsinə səbəb olmuş, habelə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmiş X3 hüquqlarının Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən kobudcasına pozulması ilə nəticələnmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X1 Bərdə Rayon Məhkəməsinin 09 iyul 2019cu il tarixli 2(021)-2322/2019 saylı icra sənədinin yenidən icraya yönəldilməsinə dair ərizəsi təmin edilməli, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədinin qaytarılması haqqında” 30 iyul 2020-ci il tarixli qərarı ləğv edilməli, Bərdə Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(021)-2322/2019 saylı icra sənədi yenidən icraya yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutuaraq məhkəmə Qərara aldı : X1 ərizəsi təmin edilsin. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədinin qaytarılması haqqında” 30 iyul 2020-ci il tarixli qərarı ləğv edilsin. “Bərdə rayon Kolayır Bələdiyyəsindən 5760 (beş min yeddi yüz altmış) manat əmək haqqı məbləğinin alınaraq X5 verilməsi” barədə Bərdə Rayon Məhkəməsinin 09 iyul 2019cu il tarixli, 2(021)-2322/2019 saylı qətnaməsi yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №8(021)-718/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-718/2023
12.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver