Məhkəmə qərarları › İş №8(021)-719/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-719/2023

23.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-719/2023 23.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X5 məhkəmə iclas kаtibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-940/2023 nömrəli icra vərəqəsi üzrə tələbin əmlaka yönəldilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)- 940/2023 nömrəli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə tələbin borc məbləği həddində Borclu məxsus olan “QAZ 33021” yük markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin üzərinə həbs qoyulması və götürülərək cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla şöbənin icraatına Bərdə rayon Məhkəməsinin 2(021)-940/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi daxil olmuşdur. İcra sənədi üzrə borclular X7, Borclu və X3 cəmi 6264,95 manat məbləğində pul vəsaiti tutularaq tələbkar LPO "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Borclu tərəfindən ona verilmiş könüllü icra müddətində icra sənədində göstərilən tələb təmin edilməmişdir. Elektron İcra Sistemindən çıxarışda göstərilir ki, Borclu məxsus olan “QAZ 33021” yük markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Elektron İcra Sistemindən çıxarışdan görünür ki, Borclu adına “QAZ 33021” yük markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçir. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-940/2023 nömrəli icra sənədindən görünür ki, iddia təmin edilməli, cavabdehlər X4, Borclu və X3 müştərək qaydada 6102,91 manat əsas, 78,96 manat faiz borcu olmaqla, cəmi 6181,87 manat kredit borcu və ödənilmiş 83,03 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. xx.xx.2023-cü il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş, daha sonra xəbərdarlıq borcluya göndərilmiş, müxtəlif orqanlara sorğular verilmişdir. Məhkəmə Borclu borcunun məbləğini və mülkiyyətində olan “QAZ 33021” yük markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiymətinin qətnamənin icrasını təmin edə biləcəyini nəzərə alaraq hesab edir ki, borcluya məxsus “QAZ 33021” yük markalı, **- TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1 və 43.1.1-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-940/2023 nömrəli icra sənədi üzrə tələb borc məbləği həddində Borclu adına qeydə alınmış, “QAZ 33021” yük markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobilin üzərinə həbs qoyulsun və götürülərək cərimə meydançasına yerləşdirilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar