Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-72/2024 15.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X6 məhkəmə iclas kаtibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Bərdə rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(021)-7512/2017 nömrəli məhkəmə əmri üzrə borclunun əmlakının üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Bərdə rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(021)- 7512/2017 nömrəli məhkəmə əmri üzrə Borclu adına olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bərdə rayon Məhkəməsinin 2(021)-7512/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu, X4 6728 ABŞ Dolları məbləğində pul vəsaiti və dövlət rüsumu müştərək qaydada tutularaq tələbkar "xxxx" ASCnin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədində göstərilən tələb təmin edilməmişdir. Elektron icra Sistemindən çıxarışdan görünür ki, Borclu məxsus olan Bərdə rayonu, Mollalı kəndində yerləşən 4,12 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İcra işi üzrə elektron informasiya sistemindən çıxarışdan görünür ki, Borclu xx.xx.1972ci il tarixdə Bərdə rayonu, Mollalı kəndində anadan olmuşdur. Bərdə rayonu, Mollalı Ərazi Dairəsi, Mollalı kəndində yaşayır, adına Bərdə rayonu, Mollalı kəndində 4,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Bərdə rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(021)-7512/2017 nömrəli məhkəmə əmrinin surətindən görünür ki, xx.xx.1972-ci il tarixdə anadan olmuş Bərdə rayonu, Mollalı kəndində yaşayan Borclu və xx.xx.1963-cü il tarixdə anadan olmuş Bərdə rayonu, Ağalı kəndində yaşayan X4 müştərək qaydada 3499 ABŞ dolları kredit borcu, 3209 ABŞ dolları faiz borcu, 20 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 6728 ABŞ dolları borcun Azərbaycan manatı ilə məzənnəsi və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq Bakı şəhəri, 657-ci məhəllə, Sarabski küçəsi, 45 A da yerləşən "Amrahbank” ASC-nin hesabına keçirilməlidir. xx.xx.2018-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş, daha sonra xəbərdarlıq borcluya göndərilmiş, müxtəlif orqanlara sorğular verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1 və 43.1.1-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə əmlakın üzərinə həbs qoyulmalıdır. Lakin, məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının 3-cü bəndinə əsasən, əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və ya onun ailəsi üçün 1 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələb yönəldilə bilməz. Belə ki, Borclu mülkiyyətində olmaqla Bərdə rayon Mollalı kəndində yerləşən 4,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ölçüsünün 4,12 ha olmasını nəzərə alsaq, məhkəmə hesab edir ki, həmin sahənin 1 ha sahəsi istisna olmaqla geri qalan 3,12 ha sahənin üzərinə tələb üzrə borc məbləği həddində həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Bərdə rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(021)-7512/2017 nömrəli məhkəmə əmri üzrə tələb borc məbləği həddində Borclu məxsus olan Bərdə rayonu, Mollalı kəndində yerləşən 4,12 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə yönəldilməklə həmin sahənin 3,12 ha olan hissəsinin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-72/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-72/2024
15.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver