Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-723/2023 30.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, Tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş icra sənədinin yenidən icraya yönəldilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Məhkəmədən Bərdə Rayon İcra şöbəsinin (icra məmuru S.Rzayevin) xx.xx.2022-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarın ləğv edilərək Bərdə Rayon Məhkəməsinin 2(021)-5236/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icra edilməsi üçün təkrar icra orqanına göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-5263/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X1 və X2 cəmi 5322.93 manat məbləğində pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Sözügedən icra sənədi icra edilməsi üçün cavabdehin yaşadığı yer üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və Şöbənin icra məmuru Sahil Rzayev xx.xx.2022-ci il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-5236/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraat başlanmışdır. İcra məmuru "İcra Haqqında" AR Qanunun 23.1.3-cü maddəsinə əsasən, xx.xx.2022-ci il tarixli (icra sənədinin geri qaytarılması haqqında) qərarı ilə icra sənədi geri qaytarılmışdır. Həmçinin bildirmişdir ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanına əsasən "xxxx" ASC-yə məxsus problemli aktivlər bankın balansından çıxarılaraq dövlətə məxsus “Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra "xxxx" QSC) idarəetməsinə verilmişdir. Bu səbəbdən də həmin (problemli aktivlərin) işlərin tələb etmək hüququ "xxxx" QSC BOKT-a ötürülmüşdür. Bərdə Rayon İcra Şöbəsinin icra məmuru S.Rzayevin xx.xx.2022-ci il tarixli (icra sənədinin geri qaytarılması haqqında) qərarı əsassız hesab edir. Belə ki, borclunun və zamininin sabit gəlirləri müəyyən edilmişdir. Əsas borclu İ.İsmayılovun pensiya zamini S.Məmmədovun isə 450 manat əmək haqqı alması müəyyən edilmişdir. Borclunun sabit gəlirə malik olmaları borclularda qalan ödənilməmiş dövlət vəsaitinin geri qaytarılmasına xidmət edəcəkdir. Ərizəyə baxılması ilə əlaqədar tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan AA3593841 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 – xx.xx.1980-cı ildə anadan olmuşdur. İş materiallarında olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məhəmmədəli Qasımzadənin xx.xx.2022-ci il tarixli icra sənədinin qaytarılmasına dair qərarının surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-5236/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi Bərdə rayon məhkəməsinə geri qaytarılmışdır. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli, 2(021)-5236/2016 nömrəli məhkəmə əmrindən görünür ki, 23 yanvar 1990-cı il tarixdə anadan olmuş Bərdə rayonu Hüseynbəyli kəndində yaşayan X1 və xx.xx.1986-cı il tarixdə anadan olmuş Bərdə rayonu Mirzalıbəyli kəndində yaşayan X2 müştərək qaydada 4686.04 manat əsas kredit borcu, 636.89 manat faiz borcu olmaqla, cəmi 5322,93 (beş min üç yüz iyirmi iki manat, doxsan üç qəpik) manat kredit borcu və 20 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması əmr edilmişdir. İş materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, X5 "xxxx" MMC-də sürücü vəzifəsində işləyir, aylıq əmək haqqı 450 manatdır. İş materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, X6 80 manat pensiya alır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. İş materiallarından aydın olur ki, Bərdə rayon Məhkəməsinin 2(021)-5236/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən icra vərəqəsi verilmiş və icra olunması Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmuşdur. İcra sənədini borclunun borcun yönəldilə biləcəyi əmlak və gəlirlərinin olmaması səbəbindən icra etmədən aiddiyyəti üzrə icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə uyğun olaraq məhkəməyə qaytarılmışdır. Məhkəmə onu da qeyd edir ki, icra sənədinin məhkəməyə qaytarılmasından xeyli müddət keçdiyindən və hazırda borclu X3 elektron sistemə əsasən "xxxx" MMC-də sürücü vəzifəsində işləməsi, digər borclu İlkin İsmayılovun pensiya alması aşkar edildiyindən məhkəmə əmrinin icra edilməsi hazırda mümkündür. Belə olan təqdirdə icra məmurunun icra sənədinin qaytarılmasına dair qərarı ləğv edilərək məhkəmənin icra vərəqəsi yenidən icraya yönəldilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqqında” Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra sənədinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra sənədini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımzadə Məhəmmədəlinin xx.xx.2022-ci il tarixli icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarı ləğv edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-5236/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət ərizəsi təmin edilsin. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məhəmmədəli Qasımzadənin xx.xx.2022-ci il tarixli icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarı ləğv edilsin. Bərdə rayon Məhkəməsinin 2(021)-5236/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardadın surəti tərəflərə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-723/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-723/2023
30.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver