Məhkəmə qərarları › İş №8(021)-726/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-726/2023

04.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-726/2023 04.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədirliyi, Məhkəmə iclas katibi Hüseynli Nicat Sayat oğlunun katibliyi, Tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmurunun “İcra sənədinin qaytarılması haqqında” 06 iyul 2021-ci il tarixli qərarından verdiyi şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon Məhkəməsinin 2(021)-1969/2018 saylı 20 fevral 2018-ci il tarixli icra sənədinə əsasən borclular X1, X3 və X2 müştərək qaydada cəmi 785 manat məbləğində pul tutulub "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qərara alınmışdır. Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmurunun icra sənədinin qaytarılması haqqında 06 iyul 2021-ci il tarixli qərarına əsasən icra sənədi məhkəməyə geri qaytarılmışdır. Tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə şikayətlə müraciət edərək icra sənədinin icraya yönəldilməsini xahiş etmişdir. Tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti şikayətini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin X1, X3 və X2 müştərək qaydada cəmi 785 manat məbləğində pul tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Sözügedən icra sənədi icra edilməsi üçün cavabdehlərin yaşadığı yer üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və Şöbənin icra məmuru Sahil Rzayev 06 iyul 2021- ci il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-1969/2018 saylı 20 fevral 2018-ci il tarixli icra sənədi üzrə icraat başlanmışdır. İcra məmuru “İcra Flaqqında” AR Qanunun 23.1.3-cü maddəsinə əsasən, 08 avqust 2021-ci il tarixli (icra sənədinin geri qaytarılması haqqında) qərarı ilə icra sənədi geri qaytarılmışdır. Bərdə Rayon İcra Şöbəsinin icra məmuru S.Rzayevin 06 iyul 2021-ci il tarixli (icra sənədinin geri qaytarılması haqqında) qərarı əsassız hesab edirəm. Belə ki, borclunun işləməsi və sabit gəliri müəyyən edilmişdir. Borclunun sabit gəlirə malik olması borclularda qalan ödənilməmiş dövlət vəsaitinin geri qaytarılmasına xidmət edəcəkdir.Odur ki, Məhkəmədən Bərdə Rayon İcra Şöbəsinin (icra məmuru S.Rzayevin) 06 iyul 2021-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarın ləğv edilərək Bərdə Rayon Məhkəməsinin 2(021)-1969/2018 saylı 20 fevral 2018-ci il tarixli icra sənədinin icra edilməsi üçün təkrar icra orqanına göndərilməsi barədə qərardad qəbul etməyinizi xahiş edirəm. İş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyindən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə "xxxx" QSC-nin şikayətini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)- 1969/2018 saylı 20 fevral 2018-ci il tarixli icra sənədinə əsasən borclular X1, X3 və X2 müştərək qaydada cəmi 785 manat tutulub "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qərara alınmış, icra sənədi icra edilməsi üçün Bərdə Rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir. Lakin icra sənədi icra edilmədən məhkəməyə qaytarılmışdır. İcra məmuru tərəfindən bəzi icra hərəkətləri həyata keçirilsə də, icra sənədinin icra olunması üçün konkret icra tədbirləri həyata keçirilməmişdir. Məhkəmə hesab edir ki, icra sənədi qanunvericiliyin tələbləri pozulmaqla məhkəməyə qaytarıldığından, Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru Sahil Rzayevin icra sənədinin qaytarılmasına dair 06 iyul 2021-ci il tarixli qərarı ləğv edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-1969/2018 saylı 20 fevral 2018-ci il tarixli icra sənədi yenidən icraya yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutuaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Bərdə rayon İcra və probasiya şöbəsinin icra sənədinin qaytarılmasına dair 06 iyul 2021-ci il tarixli qərarı ləğv edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-1969/2018 saylı 20 fevral 2018-ci il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar