Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-73/2024 21.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X11 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-2(115)-174/2022 saylı və Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-2(115)-159/2022 saylı icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair Bərdə Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-2(115)-174/2022 saylı icra vərəqəsindən müəyyən olunur ki, "xxxx" MMC ilə Borclu arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli, 03/0083/DLİZ nömrəli X8 müqaviləsi ləğv edilmiş, 26837 manat 02 qəpik əsas borc, 9618 manat 06 qəpik mükafat borcu, 103 manat 44 qəpik gecikdirilmiş cərimə borcu olmaqla, cəmi 36558 manat 52 qəpik borc, ödənilmiş 372 manat dövlət rüsumu və 203 manat mediasiya xərci müştərək qaydada cavabdehlər Borclu, X1, X2 və X3 tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-2(115)-159/2022 saylı icra vərəqəsindən müəyyən olunur ki, "xxxx" MMC ilə Borclu arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli, 03/0082/DLİZ nömrəli X8 müqaviləsi ləğv edilmiş, "xxxx" MMC ilə Borclu, X5, X6 və X7 arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli, 03/0082/DLİZ nömrəli X8 Müqaviləsinə xx.xx.2021-ci il tarixə əsasən yaranmış 25597,58 manat əsas borc, 9901,40 manat mükafat borcu, 143,65 manat gecikdirilmiş cərimə məbləği, cəmi 35642,45 manat lizinq borcu məbləğinin və mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məhəmmədəli Qasımzadə təqdimatla məhkəməyə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-2(115)-174/2022 saylı və Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-2(115)-159/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə tələbin borc məbləği həddində Borclu məxsus olan 2,31 ha torpaq sahəsinin üzərinə həbs qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məhəmmədəli Qasımzadə təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-2(115)-159/2022 saylı icra sənədi daxil olmuşdur. Həmin icra sənədinə əsasən Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-2(115)-159/2022 saylı icra vərəqəsindən müəyyən olunur ki, "xxxx" MMC ilə Borclu arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli, 03/0082/DLİZ nömrəli X8 müqaviləsi ləğv edilmiş, "xxxx" MMC ilə Borclu, X5, X6 və X7 arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli, 03/0082/DLİZ nömrəli X8 Müqaviləsinə xx.xx.2021-ci il tarixə əsasən yaranmış 25597,58 manat əsas borc, 9901,40 manat mükafat borcu, 143,65 manat gecikdirilmiş cərimə məbləği cəmi 35642,45 manat lizinqi borcu məbləğinin və mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərci cavabdehlərdən müştərək qaydada tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməli və bundan başqa xx.xx.2022-ci il tarixli qərarla icraata Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-2(115)-174/2022 saylı icra sənədi daxil olmuşdur. Həmin icra sənədinə əsasən "xxxx" MMC ilə Borclu arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli, 03/0083/DLİZ nömrəli X8 müqaviləsi ləğv edilmiş, 26837 manat 02 qəpik əsas borc, 9618 manat 06 qəpik mükafat borcu, 103 manat 44 qəpik gecikdirilmiş cərimə borcu olmaqla, cəmi 36558 manat 52 qəpik borc, ödənilmiş 372 manat dövlət rüsumu və 203 manat mediasiya xərci müştərək qaydada cavabdehlər Borclu, X1, X2 və X3 tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borclulara göndərilmişdir. Borclu tərəfindən ona verilmiş könüllü icra müddətində icra sənədində göstərilən tələb təmin edilməmişdir. Elektron İcra Sistemindən çıxarışdan müəyyən edilir ki, Borclu adına Bərdə rayon Hüseynalılar kəndində 2,31 ha torpaq sahəsi vardır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Bərdə Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi, tələbkar Azərilizinq” MMC-nin nümayəndəsi və Borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş materialları araşdırıb, hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-2(115)-174/2022 saylı icra vərəqəsindən görünür ki, "xxxx" MMC ilə Borclu arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli, 03/0083/DLİZ nömrəli X8 müqaviləsi ləğv edilmiş, 26837 manat 02 qəpik əsas borc, 9618 manat 06 qəpik mükafat borcu, 103 manat 44 qəpik gecikdirilmiş cərimə borcu olmaqla, cəmi 36558 manat 52 qəpik borc, ödənilmiş 372 manat dövlət rüsumu və 203 manat mediasiya xərcinin müştərək qaydada cavabdehlər Borclu, X1, X2 və X3 tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-2(115)-159/2022 saylı icra vərəqəsindən görünür ki, "xxxx" MMC ilə Borclu arasında bağlanmış 07 oktyabr 2019cu il tarixli, 03/0082/DLİZ nömrəli X8 müqaviləsi ləğv edilmiş, "xxxx" MMC ilə Borclu, X5, X6 və X4 arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli, 03/0082/DLİZ nömrəli X8 Müqaviləsinə xx.xx.2021-ci il tarixə əsasən yaranmış 25597,58 manat əsas borc, 9901,40 manat mükafat borcu, 143,65 manat gecikdirilmiş cərimə məbləği, cəmi 35642,45 manat lizinq borcu məbləğinin və mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “İcraata başlamaq haqqında” 11 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-2(115)-174/2022 saylı icra sənədi üzrə icraata başlanılması, Borclu dərhal icranı könüllü olaraq təmin etməsi, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirləri görülməsi qərara alınmışdır. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “İcraata başlamaq haqqında” 01 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-2(115)-159/2022 saylı icra sənədi üzrə icraata başlanılması, Borclu dərhal icranı könüllü olaraq təmin etməsi, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirləri görülməsi qərara alınmışdır. İş materiallarında olan portaldan çıxarışdan müəyyən edilir ki, Borclu mülkiyyətində Bərdə rayonu Hüseynalılar kəndi ərazisində 2,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə görə, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. -İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-2(115)-174/2022 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC ilə Borclu arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli, 03/0083/DLİZ nömrəli X8 müqaviləsi ləğv edilmiş, 26837 manat 02 qəpik əsas borc, 9618 manat 06 qəpik mükafat borcu, 103 manat 44 qəpik gecikdirilmiş cərimə borcu olmaqla, cəmi 36558 manat 52 qəpik borc, ödənilmiş 372 manat dövlət rüsumu və 203 manat mediasiya xərci müştərək qaydada cavabdehlər Borclu, X1, X2 və X3 tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi, Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-2(115)- 159/2022 saylı icra vərəqəsinə əsasən isə "xxxx" MMC ilə Borclu arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli, 03/0082/DLİZ nömrəli X8 müqaviləsi ləğv edilmiş, "xxxx" MMC ilə Borclu, X5, X6 və X7 arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli, 03/0082/DLİZ nömrəli X8 Müqaviləsinə xx.xx.2021-ci il tarixə əsasən yaranmış 25597,58 manat əsas borc, 9901,40 manat mükafat borcu, 143,65 manat gecikdirilmiş cərimə məbləği cəmi 35642,45 manat lizinqi borcu məbləğinin və mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərci cavabdehlərdən müştərək qaydada tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Borclu məhkəmənin qeyd olunan icra sənədlərini icra etmədiyindən icra məmuru məhkəməyə təqdimtla müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-2(115)-174/2022 saylı və Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-2(115)-159/2022 saylı icra sənədlərinin icrasını təmin etmək məqsədilə tələbin borc məbləği həddində Borclu mülkiyyətində olan Bərdə rayonu Hüseynalılar kəndində yerləşən 2,31 ha torpaq sahəsinin üzərinə həbs qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarına əsasən, bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli qərarına uyğun olaraq Borclu mülkiyyətində olan Bərdə rayonu Hüseynalılar kəndində yerləşən 2,31 ha torpaq sahəsinin 1,31 ha hissəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 363, 364, 367 və 368-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldi: Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-2(115)-174/2022 saylı və Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-2(115)-159/2022 saylı icra sənədləri üzrə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair Bərdə Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-2(115)-174/2022 saylı və Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-2(115)-159/2022 saylı icra vərəqələrinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan və Bərdə rayonu Hüseynalılar kəndində yerləşən 2,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,31 ha hissəsinin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №8(021)-73/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-73/2024
21.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver