Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-735/2023 04.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Böyük məsləhətçi X6 iclas katibliyi , Borclular X4 və Borclu iştirakları ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1416/2023 saylı icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1416/2023 saylı icra sənədi üzrə Borclu məxsus olan Bərdə rayon Həsənqaya kəndində yerləşən 2.75 ha torpaq sahəsi üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1416/2023 saylı icra sənədi üzrə borclular X3 və Borclu avtomobilə dəymiş maddi ziyana görə 8049 manat tutularaq tələbkar X8 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədləri üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Elektron icra informasiya sistemində əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus olan Bərdə rayon Həsənqaya kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan Bərdə rayon Həsənqaya kəndində yerləşən 2.75 ha torpaq sahəsi üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən borclular X7 və Borclu məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)- 1416/2023 saylı icra sənədi üzrə borclunun əmlakına həbs qoyulması haqqında təqdimatı və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Təqdimata əlavə olunmuş Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)- 1416/2023 saylı icra vərəqəsindən görünür ki, iddia tələbinin qismən təmin olunması, cavabdehlər X3 və Borclu avtomobilə dəymiş maddi ziyana görə 7770 manat, avtomobilə dəymiş ziyanın hesablanması üçün çəkilən xərc-171.22 manat tutularaq iddiaçı X8 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh X3 və Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi , iş üzrə ödənilmiş 108 manat dövlət rüsumu cavabdeh X3 və Borclu alınaraq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1416/2023 saylı icra sənədi üzrə borclulara borcun könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)- 1416/2023 saylı icra sənədi üzrə borclulara tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1416/2023 saylı icra sənədi üzrə borclular öhdəliklərini könüllü icra müddətində icra etmədiyinə görə Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən məcburi icra tədbirləri görülməsi üçün borclunun mülkiyyətində olan əmlaka həbs qoyulması barədə təqdimat verilmişdir. Məhkəmə qeyd edir ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən verilmiş təqdimatda elektron icra informasiya sistemində əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus olan Bərdə rayon Həsənqaya kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsi müəyyən edilməsi qeyd olunmuşdur. Lakin təqdimatın xahiş etdi hissəsində Borclu məxsus olan Bərdə rayon Həsənqaya kəndində yerləşən 2.75 ha torpaq sahəsi üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş olunmuşdur. Eyni zamanda təqdimata əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin məktubunda Borclu məxsus olan Bərdə rayon Həsənqaya kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsinin dövlət reyestrində aşkar edilməsi qeyd olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, hazırkı təqdimat düzgün tərtib olunmamış və təqdimata onu əsaslandıran hallara dair sübutlar əlavə olunmamış, təqdimat məhkəməyə qeyri-müəyyən formada təqdim olunmuşdur. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1416/2023 saylı icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatı və əlavə olunmuş sənədlər geri qaytarılsın . Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(021)-735/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-735/2023
04.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver