Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-74/2024 20.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə rayon Məhkəməsinin 8(021)-536/2015 saylı 12 oktyabr 2015-ci il tarixli qərardadına əsasən borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin 8(021)-536/2015 saylı 12 oktyabr 2015-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan VAZ 21074 minik markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırmışdır ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(021)-1414/2010 saylı icra sənədinə əsasən Borclu, və qeyrilərindən müştərək qaydada cəmi 8385.04 ABŞdolları məbləğində pul alınaraq iddiaçı Yelobank ASC-yə verilməsi göstərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Bərdə rayon Məhkəməsinin 8(021)-536/2015 saylı 12 oktyabr 2015-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan VAZ 21074 minik markalı **-BO-*** dövlət nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə borc tam ödənildiyindən və yaranmış zərurət aradan qalxdığı üçün Borclu mülkiyyətində olan VAZ 21074 minik markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə tərəflərə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına tələbkar, borclu və icra məmuru gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə olunmuş Bərdə rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(021)-1414/2010 saylı məhkəmə əmrindən görünür ki, Borclu, və qeyrilərindən müştərək qaydada cəmi 8385.04 ABŞ dolları məbləğində pul alınaraq iddiaçı Yelobank ASC-yə verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 8(021)-536/2015 saylı 12 oktyabr 2015-ci il tarixli qərardadı ilə müəyyən olunurki, Bərdə rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(021)-1414/2010 saylı icra sənədi üzrə Borclu adına qeydə alınmış, VAZ 21074 minik markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə olunmuş tələbkar tərəfindən Bərdə rayon icra və Probasiya Şöbəsinə ünvanlanmış ərizə surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(021)-1414/2010 saylı icra sənədi üzrə borc məbləği borclular tərəfindən tam təmin edildiyi qeyd olunmuşdur. Təqdimata əlavə olunmuş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci ci il tarixli qərarına əsasən Bərdə rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(021)- 1414/2010 saylı icra sənədinin icraatına xitam verilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, təqdimat əsassızdır, beləki, Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci ci il tarixli qərarı ilə icra sənədinin icraatına xitam verilməsi qərara alındığına görə,hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir,həmin qərardan şikayət verilmədiyi təqdirdə, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarılır, icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İcra Haqqında Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda, İcra sənədi üzrə icraata xitam verilir: Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.3. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. 20.7. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. 20.8. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Sadalanlara nəzərə alaraq məhkəmə hesab edir ki, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə rayon Məhkəməsinin 8(021)-536/2015 saylı 12 oktyabr 2015-ci il tarixli qərardadına əsasən borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə rayon Məhkəməsinin 8(021)-536/2015 saylı 12 oktyabr 2015-ci il tarixli qərardadına əsasən borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatı təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(021)-74/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-74/2024
20.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver