Məhkəmə qərarları › İş №8(021)-747/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-747/2023

07.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-747/2023 07.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının müzakirəsinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(021)-2898/2023 saylı qətnaməsi əsasında verilmiş 16 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 6000 (altı min) manat məbləğində pul və 80 (səksən) manat dövlət rüsumu olmaqla, cəmi 6080 (altı min səksən) manat məbləğində pul alınaraq X2 ödənilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəməyə təqdimatla müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Bərdə Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(021)-2898/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.1982-ci ildə anadan olmuş, Bərdə şəhəri Gəncə küçəsi ev 4-də qeydiyyatda olan, Bərdə şəhəri Vaqif küçəsi ev 4-də yaşayan Borclu 6080 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bərdə Rayon İcra və Probasiya Şöbəsinə, tələbkar X2 və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 231.2-ci maddəsinə əsasən Bərdə Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin, tələbkar X1 və Borclu iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(021)-2898/2023 saylı qətnaməsi əsasında verilmiş 16 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 6000 (altı min) manat məbləğində pul və 80 (səksən) manat dövlət rüsumu, cəmi 6080 (altı min səksən) manat məbləğində pulun alınaraq X2 ödənilməsi ödənilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “İcraata başlamaq haqqında” 21 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılması, Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etməsinin təklif olunması, icra könüllü təmin edilmədiyi təqdirdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. 21 oktyabr 2023-cü il tarixli 254008/2023-43-10-004 nömrəli bildirişdən görünür ki, Borclu icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadıqda qanunauyğun qaydada barəsində məcburi icra tədbirləri tətbiq olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu Bərdə Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(021)-1425/2022 saylı icra sənədini hazırkı vaxta kimi icra etməmiş, 6080 manat məbləğində borcunu ödəməmişdir. MPM-nin 231.3-cü maddəsinə görə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilir ki, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(021)-2898/2023 nömrəli qətnaməsi üzrə tutulmalı olan borc Borclu tərəfindən ödənilmədiyindən və onun ölkəni tərk etmək ehtimalı olduğundan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1982-ci ildə Bərdə rayonunda anadan olmuş və Bərdə şəhəri Vaqif küçəsi ev 4-də yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququ Bərdə Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(021)-2898/2023 nömrəli qətnaməsi icra edilənədək məhdudlaşdırılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar