Məhkəmə qərarları › İş №8(021)-756/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-756/2023

04.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-756/2023 04.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X6 məhkəmə iclas kаtibliyi, Borclu etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iştirakı ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-1109/2023 nömrəli icra vərəqəsi üzrə tələbin əmlaka yönəldilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)- 1109/2023 nömrəli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə tələbin borc məbləği həddində Borclu məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında Borclu etibarnamə üzrə nümayəndəsi və vəkili X8 iştirak etmiş, məhkəmə iclasında təqdimatı verən orqanın nümayəndəsi iştirak etməmiş, lakin Bərdə Rayon İcra və Probasiya Şöbəsinin rəisi Rusif Quliyev məhkəməyə ərizə ilə müraciət edərək yaranmış zərurətlə əlaqədar olaraq təqdimatın baxılmamış saxlanması və geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu etibarnamə üzrə nümayəndəsi və vəkili X8 təqdimatın baxılmamış saxlanması və təqdimatın Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 43.1 və 43.1.1-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, əmlakın üzərinə həbs qoyulması ilə bağlı təqdimat icra məmuru tərəfindən verildiyindən və icra məmuru tərəfindən təqdimatın baxılmamış saxlanılması xahiş edildiyindən hazırki təqdimata baxılmasına zərurət olmadığından Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-1109/2023 nömrəli icra vərəqəsi üzrə tələbin əmlaka yönəldilməsinə dair təqdimatı Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-1109/2023 nömrəli icra vərəqəsi üzrə tələbin əmlaka yönəldilməsinə dair təqdimatı Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar