Məhkəmə qərarları › İş №8(021)-757/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-757/2023

04.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-757/2023 04.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 məhkəmə iclas kаtibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(021)-305/2018 saylı icra vərəqəsi üzrə tələbin əmlaka yönəldilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)- 305/2018 nömrəli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan “HYUNDAİ SONATA” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin üzərinə həbs qoyulması və götürülərək cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, şöbənin icraatına Bərdə rayon Məhkəməsinin 2(021)-305/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi daxil olmuşdur. Həmin icra sənədi üzrə Borclu və qeyrilərindən ümumilikdə 5208,65 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Borclu və qeyriləri tərəfindən onlara verilmiş könüllü icra müddətində icra sənədində göstərilən tələb təmin edilməmişdir. Elektron icra sistemindən çıxarışdan Borclu məxsus olan “HYUNDAİ SONATA” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olduğu müəyyən edilmişdir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Borclu barəsində edilmiş Elektron İcra Sistemindən çıxarışda görünür ki, Borclu məxsus olan “HYUNDAİ SONATA” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçir. Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-305/2018 nömrəli icra sənədindən görünür ki, iddia təmin edilməli, cavabdehlər Borclu, X6 və X1 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 12-Z2-1-0-1283-14 nömrəli kredit müqaviləsi üzrə 3374,17 manat əsas, 1814,39 manat faiz, 20,09 manat cərimə olmaqla, cəmi 5208,65 manat kredit borcu və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu tutularaq "xxxx" İKB ASC-nin Bərdə filialının xeyrinə ödənilməlidir. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər Borclu, X6 və X1 tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat cavabdehlər Borclu, X6 və X1 alınaraq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************1 hesaba ödənilməlidir. xx.xx.2018-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş, daha sonra xəbərdarlıq borcluya göndərilmiş, müxtəlif orqanlara sorğular verilmişdir. Məhkəmə Borclu borcunun məbləğini və mülkiyyətində olan “HYUNDAİ SONATA” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiymətinin qətnamənin icrasını təmin edə biləcəyini nəzərə alaraq hesab edir ki, borcluya məxsus “HYUNDAİ SONATA” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1 və 43.1.1-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-305/2018 nömrəli icra sənədi üzrə tələb borc məbləği həddində Borclu adına qeydə alınmış “HYUNDAİ SONATA” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobilin üzərinə həbs qoyulsun və götürülərək cərimə meydançasına yerləşdirilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar